"Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün biz birik, vahidik və qalibik" - DEPUTAT
"Vətən müharibəsində Azərbaycanın zəfəri siyasi-hüquqi nəticələrinə görə həm regional, həm də qlobal miqyaslı hadisədir. Ölkəmiz Ermənistanı və şər blokunu məğlub etməklə ilk növbədə beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin, eyni zamanda BMT Nizamnaməsi ilə təşkilatın üzvləri qarşısında qoyulmuş imperativ tələblərin işğal formasında ehtiva olunan kobud pozuntusunu aradan qaldırdı. Digər tərəfdən, işğala son qoymaqla Azərbaycan qlobal problem olan təcavüz aktına, eləcə də davam edən müharibə cinayətlərinə son qoyulmaqla bəşəri dəyərlər uğrunda yüksək iradə nümayiş etdirdi. Habelə, Azərbaycanın zəfəri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələri başda olmaqla həllini gözləyən çoxsaylı hüquqi aktların icrası baxımından həm də beynəlxalq hüququn aliliyini təmin etmiş oldu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, qələbəmiz başqa reallıqları, o cümlədən cənub qonşumuz olan molla rejiminin əsl simasını da üzə çıxardı.
"Baxmayaraq ki, Azərbaycan tarixin heç bir dövründə heç bir qonşusuna münasibətdə riyakar siyasət yürütməyib, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə, ələxsus da qonşularımızla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı ali niyyət kimi bəyan etmişik. Amma Birinci Qarabağ və Vətən müharibələrində molla rejimi bu gün də bütün imkanları ilə Ermənistanın yanında yer alaraq regional sülh perspektivlərinə təhdid törətməkdədir. Bu, bizdə təəssüf doğursa da narahat etmir. Çünki biz qalib ölkəyik, müzəffər dövlət kimi də davranmalıyıq. Sadəcə bir reallığı hamı dönə-dönə bilməlidir ki, bu gün heç bir dövlətin başçısı qalib azərbaycanlı üçün nə dini, nə mənəvi lider ola bilməz. Bu gün 50 milyonluq dünya Azərbaycanlılarının istər mənəvi istər siyasi baxımından bir lideri var o da İlham Əliyev.
Bilirsiniz, Konstitusiyanın 52-53-cü maddələrinin məzmununa əsasən, Azərbaycan Respublikası harada hansı müddətə yaşamasından asılı olmayaraq öz vətəndaşlarına hamilik edir. Prezident İlham Əliyevin müzəffər ali baş komandanlığı ilə Vətən müharibəsində Azərbaycanın zəfərindən sonra dövlətimiz elə bir qüdrətli çağına yetişib ki, artıq Azərbaycan Respublikası yalnız vətəndaşlarının yox, vətəndaşlığından asılı olmayaraq bütün dünya Azərbaycanlılarının hamisinə çevrilib.
Bu bizim zəfərimizin ən ciddi mənəvi-siyasi nəticələrindən biridir. Bu gün öz daxilimizdə hansısa məişət sosial problemlər fonunda zəfərimizə, birliyimizə kölgə salmaq istəyənlər Azərbaycanın son 30 ildə hardan haraya yol qət etdiyini unutmamalıdır.
Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün biz birik, vahidik, qalibik və gələcəyə inkişafa, tərəqqiyə yol xəritəmiz aydındır".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR