DYP Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə yollarda xoşagəlməz halların yaşanmaması üçün hər bir yol hərəkəti iştirakçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bayramla əlaqədar qeyri-iş günlərində avtomobillə səfərə çıxmağa hazırlaşan sürücü və sərnişinlərdən isə aşağıdakı tövsiyələrə biganə qalmamaq xahiş olunur:
Hazırda havaların yağmurlu olmasını da nəzərə alaraq, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməli, yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirməli, sürəti hava şəraitinə uyğun seçməli, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Mövsümlə əlaqədar mümkün qədər günün işıqlı vaxtında yola çıxmağa üstünlük verilməli, nəqliyyat vasitəsini yuxusuz, yorğun halda idarə etməkdən çəkinməli və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin vacib olduğunu unutmamalıyıq. Təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlaması mütləqdir".
"Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün gücləndirilmiş iş rejimində xidmət aparan Dövlət Yol Polisi bir daha qeyd edir ki, hər bir yol hərəkət iştirakçısı qaydalara əməl etməklə bayram günlərinin yalnız sevincli anlarla yadda qalmasına töhfə vermiş olar", - müraciətdə əlavə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR