"Azərbaycan Prezidenti daxili siyasətə çox böyük diqqət edir" - Deputat
"Prezidentin apardığı düşünülmüş, uzaqgörən siyasət nəticəsində Vətən müharibəsində zəfər qazana bildik. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, dövlət quruculuğuna, iqtisadiyyatın yenidən qurulmasına, beynəlxalq aləmdə Azərbaycan nüfuzlu yerlər tutmasına ciddi diqqət edən, bu istiqamətdə qətiyyətli addımlar atan dövlət başçımız ölkəmizin güclənməsinə və dünyada nüfuz qazanmasına səbəb oldu".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Vətən müharibəsində qələbənin əldə olunmasında Prezident İlham Əliyevin rolundan və onun həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışarkən deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti daxili siyasətə çox böyük diqqət edir:
"Dövlət başçısı iqtisadiyyatın güclənməsi, eyni zamanda sosial məsələlərin həllinə böyük önəm verir. Hər il yüz minlərlə yeni iş yerlərinin açılması insanların sosial vəziyyətinin yaxşılaşmasına kömək edir, əmək haqqları, pensiyalar, tələbələrin müavinətləri artırılır, regionların sosial-iqtisadi inkişafına diqqət edilir. Bu gün Azərbayacnın bütün bölgələrində inkişaf var. Vətən müharibəsinin uğurla başa çatmasından sonra işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün böyük işlər görülür. Yollar çəkilir, elektrik stansiyaları qurulur, komnukasiyalar bərpa edilir. Ən əsası isə "Böyük qayıdış"a hazırlıq görülür".
Deputat artıq Ağdam, Füzuli, Cəbrayıl rayonlarının baş plan əsasında yenidən qurulduğunu qeyd edib:
"O cümlədən digər bölgələrin də yenidən qurulması üçün hazırlıq işləri aparılır. Şuşada artıq bərpa işləri gedir, gələn il ailələrin ora qayıdışı planlaşdırılır. İnsanlar öz dədə-baba torpaqlarına qayıtmağa başlayıblar. Zəngilanın Ağalı kəndinin yenidən qurulması Azərbaycanın qüdrətini, Azərbaycan xalqının torpağına bağlılığını göstərdi. Bütün bu uyurlarda prezidentin əməyi böyükdür".
Deputat əlavə edib ki, insanlar Prezidentin fəaliyətini yüksək qiymətləndirir, apardığı siyasətin Azərbaycanın və hər bir şəxsin maraqlarına cavab verdiyinin qənaətindədirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR