Elçin Quliyev Cəbrayılda açılış etdi - FOTO
Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib.
Bu barədə Publika.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa edilən hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edən Vətən müharibəsi iştirakçılarına "Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunub.
Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR