Döyüşə gətirdiyi bayrağı Şuşada dalğalanan şəhidimiz - VİDEO
Vətən müharibəsi başlayandan Zəfər Gününə qədər ən qaynar nöqtələrdə vuruşdu. Əhd etmişdi ki, Şuşaya bayraq sancacaq. Döyüşə gedəndə özü ilə bayraq da aparıb ki, arzusunu həyata keçirsin. Söhbət şanlı zəfərimizdə payı olan qəhrəman oğullardan biri Pəhli Qəribovdan gedir.
Evin tək oğlu olan Pəhli döyüşlərə könüllü olaraq qatılıb. Düşmənin bir sıra canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətləri olub, ağır döyüş tapşırıqlarını yerinə yetirib. Pəhli sonuncu dəfə ailəsi ilə danışanda tezliklə Şuşada Azərbaycan bayrağının dalğalanacağını deyib. Noyabrın 8-i Şuşanın işğaldan azad edilməsindən bir neçə saat sonra o, Daşaltı kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları onun arzusunu həyata keçirmək üçün məhz Pəhlinin gətirdiyi bayrağı Şuşaya asaraq dalğalandırıblar.
Ölümün gözünə dik baxan Pəhli Vətənə bir əmanət də qoyub. İndi Qəribovlar ailəsində şəhidimizin yadigarı olan qız övladı böyüyür. Qeyd edək ki, şəhid Pəhli Qəribov ölümündən sonra bir sıra medallarla təltif olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR