"Ali Baş Komandan və Azərbaycanın Müzəffər Ordusu 44 gün ərzində düşmənin necə qorxaq olduğunu bütün dünyaya sübut etdi" - Deputat
"Bu gün bizim üçün ikiqat bayramdır. Çünki iki ildir ki, biz 8 noyabrı Şuşamızın işğaldan azad olunduğu və Zəfər günü kimi qeyd edirik".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tək torpaqlarımızı azad etmədi, həm də düşmənin necə cılız və qorxaq olduğunu bütün dünyaya sübut etdi:
"Tarix boyu havadarların arxasında aslana dönən Ermənistan 44 gün ərzində döyüş meydanında Azərbaycan ordusu qarşısından qorxaq kimi qaçaraq necə cılız millət olduqlarını göstərdilər. Cənab prezident İlham Əliyev ölkə başçısı seçildiyi gündən xalqımıza verdiyi sözü tutaraq bütün sahələrdə islahatlar aparmış, bugünkü zəfərin əldə edilməsi istiqamətində lazımı addımları atıbdır. Əsasən də ordu quruculuğu sahəsində. Məhz bu addımlar sayəsində biz öz gücümüzə 30 illik işğala son qoyaraq Qarabağı sahibinə geri qaytardıq. Paşinyan və erməni xalqı yaxşı anlayırdı ki, Azərbaycan işğala barışmayacaq və Qarabağı onlara güzəştə getməyəcək. Təlxək Paşinyanın Cıdır düzündə yallı getməsi xalqımızın səbrinin daşmasının son damlası oldu".
Deputat vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarına qovuşaraq regionda əbədi sülhə nail oldu:
"44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində biz tək müharibə meydanında deyil, həm diplomatik və informasiya savaşından qalib çıxdıq. Bütün təzyiqlər qarşında tək başına möhkəm dayanana cənab prezident İlham Əliyev atasına və xalqımıza verdiyi sözü tutaraq ərazi bütövlüyümüzün bərpasına nail oldu. 44 gün ərzində cənab prezidentin xalqa müraciətini və torpaqlarımızın işğaldan azad olunması xəbərini gözyaşları içində izləyirdik.Bugünkü bu möhtəşəm Zəfəri bizə yaşadan Ali Baş Komandana, qanları ilə tarix yazan Azərbaycanın mərd oğullarına təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR