Cənubi Koreyanın keçmiş prezidenti Kim Çen Inın bağışladığı itləri geri qaytarır

Cənubi Koreyanın keçmiş prezidenti Kim Çen Inın bağışladığı itləri geri qaytarırKoreya Respublikasının keçmiş prezidenti Mun Çje İn 2018-ci ildə Pxenyan sammitindən sonra Şimali Koreya lideri Kim Çen Inın ona hədiyyə etdiyi Punsan cinsindən olan iki iti və bir küçüyü KXDR-ə qaytarır.

Məlumata görə, bu qərar Mun Çje İnin təqaüdə çıxdıqdan sonra prezident arxivi ilə bağladığı müqavilənin yerinə yetirilməməsi səbəbindən verilib.

Cənubi Koreya qanunlarına görə, prezidentin hədiyyələri dövlətin mülkiyyətidir. Lakin dövlət qurumunda onlara uyğun şərait olmadığından itləri respublikanın keçmiş rəhbərinə verməyə razılaşıblar.

Mun Çje İn vəzifəsinin son günündə prezident arxivi ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən heyvanlar ona təhvil verilib. Ev heyvanlarının saxlanması xərclərinin büdcə hesabına ödənilə biləcəyi güman edilirdi. İtlərin aylıq xərcinin 1700 dollara qədər olduğu bildirlib.

Lakin eks-prezidentin nümayəndələrinin sözlərinə görə, sənəd imzalandıqdan sonra lazımi hüquqi prosedurlar tamamlanmayıb. O cümlədən, "Prezident arxivi haqqında" qanuna əlavədə icra fərmanına heç bir dəyişiklik edilməyib.

Eyni zamanda, prezident administrasiyası fərmana düzəlişlərin nəzərdən keçirildiyini bildirib və itlərin KXDR-ə verilməsi qərarının sırf respublikanın keçmiş rəhbərinin təşəbbüsü olduğunu vurğulayıb.

Qeyd edək ki, artıq Komi və Sonqan adlı itlər yoxlanış üçün noyabrın 8-də Tequ şəhərindəki baytarlıq klinikasına aparılıb. Küçüyün isə bir müddət eks-prezidentin nəzarətində qalacağı bildirilib.

Mənbə: vedomosti.ru


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1239   Tarix: 09 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl

15 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Hücumlar davam edir, Avropa Kiyevə dəstəyini artırır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi əməliyyatlar və enerji infrastrukturlarına hücumlar gündəmdə qalır. Ukraynanın müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar var. Eyni zamanda, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirir, Qara dənizdə təhlükəsizlikl

16 oktyabr
.

Von der Lyayen: Rusiya enerji atəşkəsinə əməl etməyib, yeni sanksiyalar hazırlanır

Avropa Komissiyasının sədri Ursula von der Lyayen Rusiyanın enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan atəşkəs təşəbbüsünə əməl etmədiyini və Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar paketi hazırladığını bildirib. xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Vladimir Zelensk

16 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15 oktyabr
.

İspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir

İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr

16 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr