"Lider" TV-də işləmiş arvadını amansızlıqla qətlə yetirdi - TƏFƏRRÜAT + VİDEO

"Lider" TV-də işləmiş arvadını amansızlıqla qətlə yetirdi - TƏFƏRRÜAT + VİDEOOrxan Əliyev qısqanclıq zəminində bıçaq və baltadan istifadə etməklə həyat yoldaşı 31 yaşlı Nahidə Əliyevanın başını və qolunu bədənindən ayırıb.

Hadisə 2022-ci il yanvarın 4-də General Şıxlinski küçəsi, ev 51 mənzil 27-də baş verib. Ağır cinayəti törədən Orxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, qətlə yetirilən qadın əvvəllər "Lider" TV-də çalışıb.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə həyat yoldaşı Nahidə Əliyevanın ona xəyanət etməsindən şübhələnərək, aralarında yaranan mübahisə zamanı qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Üz nahiyəsinə yumruqla 2 dəfə zərbə vurandan sonra saçından tutub, qadını sürüyüb hamam otağına aparıb. İsrarla kəlmeyi-şəhadət söylədib, mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək, başını gövdədən tam ayırıb. Şiddətli ağrılarla işgəncə verərək arvadını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Öldürdükdən sonra onu soyunduraraq, həmin kəsici və çapıcı alətlərlə meyiti müxtəlif hissələrə bölüb.

İş üzrə dindirilmiş Orxan Əliyev bildirib ki, 2015-ci ildə doğma bibisi qızı Nahidə Əliyeva ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib. Evlənəndən sonra yoldaşı, qızı və anası ilə birlikdə yaşayıb. Son illər Nahidənin ona yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə onu izlətməsindən şübhələnməyə başlayıb. Qadının kiminləsə danışmasını və ya mesajlaşmasını görməyib. Bununla bağlı aralarında tez-tez mübahisələr yaranıb. Axırıncı dəfə 2021-ci il dekabrın 5-də növbəti mübahisədən sonra həyat yoldaşı uşağı da götürüb, Füzuli rayonuna, valideynlərinin yaşadığı evə gedib və orada qalıb. 2022-ci il yanvarın 3-də günorta Nahidəni və övladını evə gətirmək üçün taksi ilə Füzuliyə, qayınatasıgilə yollanıb. Səhəri gün yoldaşı və uşağı ilə Bakıya qayıdıb, saat 12 radələrində evlərinə çatıblar. Bir qədər keçdikdən sonra o, anasına uşağı da götürüb bacısıgilə getməsini bildirib. Mənzildə yoldaşı ilə tək qalıb.

Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda, qadın heç kəslə yaxın münasibəti olmadığını deyib. Arvadının xəyanət etdiyini hiss etdiyi üçün onunla çox əsəbi vəziyyətdə danışmağa başlayıb. Nahidəyə düzünü söyləməsini, xəyanəti bağışlamayacağını və bunun cəzasının ölüm olduğunu bildirib. Yoldaşı xəyanət etmədiyinə and içəndə, bundan daha da qəzəblənib və yalandan Allaha and içməməyini söyləyib. Ardınca bir neçə dəfə yumruqla üz nahiyəsinə zərbələr vurub. Zərbələrin təsirindən qadın yerə yıxılsa da, huşunu itirməyib.

Saçından tutub, sürüyə-sürüyə onu hamam otağına aparıb. Əyilmiş vəziyyətdə saxlayaraq, ona "namusuma əl uzatmısan, sənin başını və əllərini kəsəcəm, kəlmeyi-şəhadətini de, sonra səni öldürüm" deyib. Onu kəlmeyi-şəhadətini deməyə məcbur edib və mətbəxdən götürdüyü bıçaqla Nahidənin başını kəsib. Başını və qollarını bədənindən ayırmağın çətin olacağını düşünüb, eyvandan baltanı götürüb və hamama qayıdıb. Nahidə artıq keçinib, onun başını bıçaqla kəsərək, bədənindən tam ayırıb. Sonra qollarını kəsmək üçün əynində olan paltarları çıxarıb və onları plastik tasa atıb. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə vannanın içinə uzadıb. Orada bıçaqla onun sağ qolunu çiyin nahiyəsindən kəsib. Baş nahiyəsini su ilə yuyub, sellofan torbaya, kəsilmiş sağ qolunu isə tasa qoyub. Hamamda qana bulaşmış yerləri də yuyub.

Bu zaman evin qapısı döyülüb. Qapının gözlüyündən baxanda anası və bacısının gəldiyini görüb. Onlara getmələrini bildirsə də, onlar israrla qapını açmasını istəyiblər. Yeznəsi də səsini çıxararaq, orada olduğunu, qapını açmayacağı təqdirdə, polisə zəng edəcəklərini deyib. Qapını açaraq, onlara artıq gec olduğunu və Nahidəni öldürdüyünü bildirib.

Şahid ifadələrindən məlum olub ki, Orxan Əliyevin qardaşı 2021-ci ilin dekabr ayında onu Narkoloji Dispanserə aparıb və orada müayinə zamanı qanında narkotik maddələr aşkar edilib.

Buna görə həkim ona müalicə təyin edib. Kompleks ambulator məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Orxan Əliyev hərəkətlərini idarə etmək iqtidarında olub.

Məhkəmə iclasında Orxan Əliyev xüsusilə ağır cinayət törətməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Əliyev 20 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4474   Tarix: 09 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust