Gəncədə ərinin işgəncə verdiyi qadının gözləri amputasiya ediləcək - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində əri tərəfindən gözləri çıxarılan qadının son vəziyyəti barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyeva 10.11.2022-ci il tarixində saat 10:00 radələrində koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:
"Ona zəruri tibbi xidmət göstərilib. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam edir. Yaxın günlərdə gözlərinin amputasiya edilməsi nəzərdə tutulub".
10:33
Noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
02:24
Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Bu əməlin ardınca onun özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etdiyi deyilir.
Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.
Ailənin 9-cu sinifdə oxuyan oğlu isə hadisədən bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir.
Qeyd edək ki, cütlük bir müddət küsülü olub. S.Cəlilov bir müddət öncə cərrahi əməliyyat olunduğundan qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və olayla bağlı araşdırma aparılır.
00:56
Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən əri isə sonradan özünü bıçaqlayaraq intihar edib.
Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Tacir Şahmalıoğlu əməliyyat olundu
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular