Politoloq: "İran mədəni hüquqlarını məhdudlaşdırmaqla azərbaycanlıları sıxışdırır"
"İranda xeyli sayda azərbaycanlının yaşamasına baxmayaraq, bu ölkənin məktəblərində Azərbaycan dili dərsləri keçirilmir ki, bu da açıq şəkildə onların mədəni hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".
Bunu politoloq Rövşən İbrahimov deyib.
Onun sözlərinə görə, qonşu ölkədə Azərbaycan dilində tədrisin olmaması həm də İranın özünün konstitusiyasının pozulmasıdır.
"15-ci maddənin 2-ci fəslinə əsasən, ölkənin dövlət dili olan fars dili ilə yanaşı, KİV-də digər regional dillərdən də istifadə etmək, habelə məktəblərdə bu dillərdə danışanların ədəbiyyatını tədris etmək hüququ var. Amma hazırda bunların heç biri edilmir", - politoloq bildirib.
R.İbrahimov qeyd edib ki, Güney Azərbaycanda türk (Azərbaycan) dilinin tədris olunduğu yalnız bir neçə özəl kurs var.
Ekspertin fikrincə, İran hakimiyyəti şovinist siyasət yürüdür, ölkədə yaşayan digər xalqları və etnik qrupları sıxışdırır, onların hüquqlarını tapdalayır.
"Azərbaycan bu problemi həll etmək üçün bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də məsələ qaldıra bilər", - R.İbrahimov əlavə edib.
R.İbrahimov sonda qeyd edib ki, İranın Azərbaycanla münasibətlərini korlaması məntiqi axmaqlıqdır. "Onlar heç vaxt təzyiqlə nəyəsə nail ola bilməyib. İki ölkə arasında əldə edilən hər şey yalnız əməkdaşlıq və qarşılıqlı maraqla həyata keçirilib", - o söyləyib./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb