DİQQƏT! - Yağışlı havada bunu edənlər 40 AZN CƏRİMƏLƏNƏCƏK
Bakıda yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülərə rast gəlinir. Belə vəziyyət vətəndaşları narahat edir və bu halların qarşısının alınmasını istəyirlər.
BAKU.WS xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir:
Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.
Mövzu ilə bağı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməldir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın:
"Əgər sürücü qəsdən idarə etdiyi avtomobillə piyadanın üzərinə su sıçradarsa onda onu cərimə gözləyir. Piyadalar əgər hər hansı nəqliyyat vasitəsi tərəfindən su sıçradılması halına məruz qalarsa, onda bununla bağlı şikayət edə və həmin şəxsin cərimələnməsini təmin edə bilər.
Digər tərəfdən şəhərdəki karealar vasitəsilə də bu kimi halların yaşanması sürücülərin cərimə edilməsi ilə nəticələnə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO