Bakıda bəzi binalarda istilik yoxdur: Səbəb nədir? - VİDEO
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalarda istilik yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.
Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini bir az da çətinləşdirib.
Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında da yaşanır.
Məsələ ilə bağlı "Azəristiliktəchizat"la əlaqə saxladıq. Qurumun rəsmisi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirdi ki, bütün qazanxanalar qrafik üzrə işə salınıb. Bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var və bunların hamısı da bir-bir aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür. Bununla bərabər hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. Hazırda bununla bağlı aidiyyəti üzrə müraciət olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO