Xırdalandakı partlayışın səbəbi AÇIQLANDI - RƏSMİ
Xırdalan şəhəri, "AAAF Park" Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyi rəsmi açıqlama verib.
Birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub:
"İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır.
Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir".
"Azəriqaz" sözçüsü onu da qeyd edib ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO