Siyavuş Novruzov: "Havadan barıt qoxusu gəlir"
"Havadan barıt qoxusu gəlir".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Milli dirçəliş və milli azadlığa gedən yol ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses də məhz Azərbaycanın müstəqilliyinə gətirib çıxardı" - deputat əlavə edib.
Onun sözlərinə görə, bu gün Türkmənçay müqaviləsindən sonra 200 illiyi ərəfəsində Ali Baş Komandan İlham Əliyev yeganə şəxsdir ki, şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda və digər yerlərdə divarlara vurulub. Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib qlobal məsələləri ortaya qoymalıyıq. Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir. Belə dövrdə tək hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosia-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir. Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir".
Spiker Sahibə Qafarova isə əlavə edib ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO