Putinlə Ərdoğan arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən xəbər verilib.
Məlumata görə, görüş zamanı regional məsələlər, xüsusilə Türkiyə-Rusiya münasibətlərindəki inkişaf və "Taxıl dəhlizi" müzakirə edilib.
Bildirilir ki, R.T.Ərdoğan rusiyalı həmkarına taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.
O, Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını deyərək diplomatik danışıqların yenidən canlandırılmasının lazım olduğunu bildirib.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə təbii qaz qovşağı yaratmaq təklifindən məmnunluğunu da ifadə edib və komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmələri edəcəklərini qeyd edib.
Yekunda R.T.Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün V.Putinə təşəkkür edib.\Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 708 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabr