Rusiya mediası: "Putin yeni ildən sonra Ukraynadakı müharibəni nəyə çevirəcək?"
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının güc və hərbi bloklarının rəhbərlik nümayəndələri ilə görüş keçirib.
Görüşdə yeni ildən sonra hərbi vəziyyət elan ediləcək Rusiya ərazilərinin genişləndirilməsi məsələsi müzakirə olunub. Moskvada hərbi vəziyyətin nə zaman elan ediləcəyi isə hələ məlum deyil.
Bu barədə Rusiyanın "General SVR" "Telegram" kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Kreml rəhbəri həmçinin ikinci səfərbərlik dalğasının keçirilməsində təkid edir. Bu dalğa 2023-cü ilin yanvar-fevral aylarının ikinci yarısında Moskvada səfərbərliyin bəyan edilməsi ilə yanaşı hərbi vəziyyətin elan edilməsi ilə də nəticələnə bilər.
"Dar dairədə prezidentin Ukraynada qondarma "xüsusi əməliyyat"ın başlanmasının ildönümü ilə bağlı çıxışının olması müzakirə olunur. Həmçinin bu çıxış zamanı nəticələrin yekunlaşdırılması və artıq qismən deyil, tam şəkilli səfərbərliyin elan olunması variantları müzakirə edilir. Digər variant kimi isə yeni il tətilindən sonra yanvarın 9-dan 13-dək xalqa müraciət edilməsi, səfərbərlik elan edilməsi və hərbi vəziyyət zonasının uzadılması nəzərdən keçirilir", - deyə məlumatda qeyd edilir.
"Telegram" kanalı bildirir ki, Kreml səfərbər edilən ehtiyat hərbçilər, o cümlədən bu kateqoriyaya daxil edilən qadınlar üçün sərhədlərin bağlanmasını məcburi hesab edir.
Eyni zamanda Kreml rəhbəri o qənaətdədir ki, müharibə "xalq müharibəsi"nə çevrilməlidir.
"Putinin bu nöqteyi-nəzərini Serqey Kiriyenko yayımlayırdı. O dedi ki, müharibə "xalq müharibəsi"nə çevrilməlidir. Müharibədə qələbə Putinin şəxsi xidməti hesab olunacaqdı, məğlubiyyətin yükü isə bütün Rusiya vətəndaşlarının çiyninə düşür", - deyə "General SVR" vurğulayıb./Oxu
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1433 Tarix: 19 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrMeloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabr