Bakının bu qərarı İranı narahat edəcək - Kılıç

Bakının bu qərarı İranı narahat edəcək - KılıçTarixə nəzər yetirdiyimiz zaman Azərbaycan və Türkiyədə yaşayan türk xalqının hər zaman yəhudi xalqı ilə yaxın münasibətlərinin olduğunu görə bilərik.

Bu sözləri Azərbaycanın İsraildə səfirlik, Fələstində təmsilçilik açma qərarını, Türkiyənin isə Təl-Əvivə yeni səfir təyin etməsini şərh edən Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.

Diplomat Azərbaycanın verdiyi qərarın çox doğru və yerində atılmış addım olduğunu vurğulayıb:

"Azərbaycanda yaşayan və sonra İsrailə köçən yəhudilər də heç vaxt bura ilə əlaqələrini tam kəsmədi. Eyni zamanda İsrail lobbisi ABŞ-da güclü və imkanları geniş olan bir lobbidir və 44 günlük Vətən müharibəsi zamanında onlar Azərbaycana güclü dəstək verdilər. Yəni yəhudi lobbisi ABŞ-da erməni lobbisinin səsini kəsdi. Bu, çox önəmli tarixi bir missiyadır. Azərbaycanın İsraildən aldığı müasir silah sistemləri və hərbi texnika müharibədə son dərəcədə təsirli olub. Milli Məclisin İsraildə səfirlik, Fələstinin Ramallah şəhərində isə təmsilçilik açma qərarını təsdiqləməsi çox doğru və yerində atılmış bir addımdır. Bəzi ölkələrin bundan narahat olacağı hamıya məlumdur. Əlbəttə ki, belə ölkələrin başında İran gəlir. Ancaq İran özü Azərbaycan ilə əlaqələri nəzərə almadan tez-tələsik gedib Qafanda baş konsulluq açdı. Ermənistan kiçik bir ölkədir və İranın Qafanda konsulluq açması Türkiyə və Azərbaycan ilə münasibətlərə öz mənfi təsirini göstərib".

Türkiyənin İsraillə əlaqələrinin tarixindən və qarşıdakı yeni dövrdən bəhs edən Hulusi Kılıç yaxın gələcəkdə Türkiyə-Azərbaycan-İsrail üçtərəfli siyasi mexanizminin qurulmasının mümkünlüyündən danışıb:

"1492-ci ildə yəhudilər İspaniyadan qovulanda Osmanlı imperiyası onlara qapılarını açıb. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk dövlətlər arasındadır. Müxtəlif dövrlərdə əlaqələrdə dalğalanmalar, eniş-yoxuşlar olub. İshaq Hersoqun İsrail prezidenti seçilməsindən sonra isə ölkələr arasındakı əlaqə yeni dövrə qədəm qoydu. Son dörd ildə Türkiyənin İsraildə səfiri yox idi, münasibətlərin normallaşdırılması ilə Qüdsdəki əvvəlki baş konsulumuz Təl-Əvivə yeni səfirimiz də təyin olundu. İsrail xüsusilə ABŞ ilə münasibətlərdə söz sahibi olan önəmli Yaxın Şərq ölkəsidir. Türkiyənin İsrailə yenidən səfir təyin etməsi və Azərbaycanın İsraildə səfirlik açması qərarı əlbəttə ki, türk dünyasına da öz müsbət təsirini göstərəcək. Fikrimcə, qarşıdakı dövrdə Türkiyə-Azərbaycan-İsrail üçtərəfli platforması, siyasi mexanizminin qurulması gündəmə gələ bilər. Bu, dövrün tələbinə də uyğundur"./Axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2223   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək

Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind

15 oktyabr
.

İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"

15 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək

14 oktyabr
.

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə

14 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr