Çində "iPhone" fabrikində etiraz aksiyası- VİDEO
Foxconn şirkətinin Çinin Zhengzhou şəhərindəki iPhone fabrikində işləyən işçilər Covid-19 tədbirlərinə etiraz edərək polislə dalaşıblar.
Sonxeber.az xəbər verir ki, dünyanın ən böyük iPhone fabriki kimi tanınan Foxconn-un Çinin Zhengzhou şəhərindəki fabrikində etirazlar başlayıb. Dünən gecədən başlayan və səhərə qədər davam edən aksiyada işçilər sərt Covid-19 tədbirlərinə, o cümlədən vəd edilən ödənişlərin həyata keçirilməməsinə və kifayət qədər qida çatışmazlığına etiraz ediblər.
Covid-19 tədbirləri çərçivəsində 1 aya yaxındır qapalı rejimdə işləyən, giriş-çıxışlarına ciddi nəzarət edilən işçilərin qəzəbi kameralara əks olunub. Sosial mediada paylaşılan görüntülərdə işçilərin qoruyucu kombinezon geyinmiş polislə toqquşduğu və epidemiya ilə mübarizə üçün qoyulan maneələri sökdüyü görülüb.
"Evə qayıtmaq istəyirik" şüarları səsləndirən işçilərin bəzilərinin yaralandığı, bəzi işçilərin səhhətinin ağır olduğu iddia edilib. Görüntülərdə yerə yıxılan işçinin qoruyucu kombinezon geyindiyi halda polislər tərəfindən təpikləndiyi görünür.
200 mindən çox işçinin çalışdığı fabrikdə Oktyabr ayında Covid-19 hadisələrinin görüldüyü səbəbiylə giriş-çıxışlara qadağa qoyulmuş, çamadan və bel çantaları ilə fabrikdən qaçan işçilərin görüntüləri gündəmə gəlmişdi. Karantin çərçivəsində Foxconn-un minlərlə işçini saatlıq maaş və bonusların artırılması vədi ilə zavodda qalmağa razı salması mətbuatda əksini tapıb.
Foxconn-da Covid-19 hallarının artması ilə əlaqədar "məhdud tutumla işləmə"nin tətbiqindən sonra istehsalda azalma olduğu və buna görə də iPhone 14 və digər məhsulları almaq istəyənlərin gözləməli olacağı açıqlanıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1279 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrTürkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15 oktyabrErmənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrMeloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabr