"Apple"ın əsas uğuru bu reklamdan sonra oldu - VİDEO
Hazırda dünyanın ən sevilən şirkətlərindən olan "Apple" 1 aprel 1976-cı il tarixində Stiv Cobs, Stiv Voznyak və Ronald Veyn tərəfindən "Apple I" kompüter dəstini satmaq məqsədilə qurulub. Hər bir məhsulun uğuru onun düzgün reklamından asılıdır.
BiG.AZ oxuculara bununla bağlı maraqlı məlumatı çatdırmaq istəyir.
Belə ki, yarandığı gündən bu günə uzun, keşməkeşli yol keçib zirvədə qalmağı bacaran "Apple" şirkətinin əsas irəliləyişi 1984-cü ildə "Super Ball" oyunu zamanı nümayiş olunan və ilk "Macintosh"un çıxışını bildirən reklamdan sonra olub. Bu, reklama ibrətamiz, fəlsəfi yanaşmanın nümunəsidir.
Reklam çarxının əsas fikri Corc Oruellin qəmgin, antiutopik "1984" əsəri ilə bağlıdır. Hollivudun məşhur rejissorlarından olan Ridli Skott məhsulun funksionallığından yox, daha çox zövq və həyat tərzindən bəhs edən, gələcək reklam kampaniyalarına örnək olacaq əsl qısametrajlı film çəkib.
Burada Oruel mənzərəsinin fonunda əlində böyük bir çəkic yellədən qız ekrana tərəf qaçır. "Böyük Qardaş" ( həmin dövrdə "Apple"ın ən böyük rəqibi olan "İBM" şirkəti) geniş ekrandan vecsiz proletarlar qarşısında çıxış edir. Qız əlindəki çəkici ekrana tərəf atır. Bu an ekran gurultuyla sınır və fonda məşhur şüar yazılır:
"24 yanvarda "Apple Computer" şirkəti "Macintoch"u təqdim edəcək və siz 1984-cü ilin niyə "1984" kimi olmayacağını görəcəksiniz".
Beləliklə, "Apple" özünü üsyançılara, azadlıq döyüşçülərinə, daha yaxşı gələcək axtarışında olanlara aid edirdi. Sözügedən reklamla şirkət geniş auditoriyaya üz tutaraq, "Apple"ın təkcə kompüter proqramçıları üçün yox, hər kəs üçün nəzərdə tutulan bir məhsul təklif etdiyini bildirmişdi.
Həmin tarixi reklam çarxını təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1071 Tarix: 25 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabrBritaniya Ukraynaya raket tədarükünü sürətləndirir
Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək. xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Qeyd edək ki, Böyük Britaniya dünə
14 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrUkrayna müharibəsində Ukrayna özü günahkardır? - Tusk Trampa eyham vurdu
Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır. "AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Düny
13 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabr