Rusiya sülh müqaviləsindən sonra da Qarabağda qalmaq istəyir – MOSKVADAN RİYAKAR AÇIQLAMA
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı yaşayış məntəqələrinin erməni adları ilə adlandırılması ilə bağlı Azərbaycan tərəfinin etirazına özünəməxsus şəkildə cavab verib.
Son vaxtlar Rusiya Müdafiə Nazirliyi Qarabağdakı "sülhməramlı" qıvvələrin fəailyyəti və ümumiyyətlə bu zonadakı vəziyyətlə bağlı məlumatlarında yaşayış məntəqələrinin və digər toponimlərin adlarını Azərbaycan dilində deyil, erməni variantında qeyd edir.
Rusiyanın hərbi xəritələrində də son vaxtlar eyni proses müşahidə edilməkdədir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə etiraz edərək adların Azərbaycan variantını göstərməyi tələb etmişdi. Sonuncu belə etiraz Azərbaycanın Ağdərə və Xocavənd yaşayış məntəqələrinin Rusiya tərəfindən qanunsuz olaraq erməni variantı ilə – yəni "Mardakert" və Martuni adlandırılması ilə bağlı olmuşdu.
Dünən isə Rusiya müdafiə nazirliyi buna cavab yayıb.
Rusiya tərəfi bildirir ki, regiondakı (yəni Qarabağdakı) yaşayış məntəqələrinin adları 1991-ci ilin xəritələrinə uyğun adlandırılır. Öz absurd izahatına haqq qazandırmaq üçün Rusiya tərəfi bildirir ki, Azərbaycan da Ermənistanla sərhədləri 1991-ci il sərhədlərinə uyğun müəyyən etməyi və sülh müqaviləsi bağlamağa hazırdır.
Bəyanatın ikinci hissəsində isə Rusiya tərəfi öz əsl niyyətini və işğalçı mahiyyətini ortaya qoyur: "Bu sülh müqaviləsi imzalanandan və Rusiya "sülhməramlı" kontingentinin mandatı UZADILDIQDAN SONRA (fərqləndirmə bizimdir – FED.az) Qarabağa münasibətdə rəsmi olaraq Azərbaycan xəritələrinə keçmək mümkün ola bilər" - deyə Rusiya Müdafiə Nazirliyi bildirir.
Açıqlamanın rus dilində variantı belədir:
Названия населенных пунктов и региона Минобороны России даёт в соответствии с картами 1991 года, по которым Азербайджан готов проводить границу и заключать мирный договор с Арменией. После того, как этот мирный договор состоится и мандат российского контингента будет продлён, несомненно, официально можно будет перейти на азербайджанские карты в отношении Карабаха. (FED)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1826 Tarix: 27 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ qarşısında taktikasını dəyişib
İranın iki yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-da keçiriləcək ara seçkilərə təsir göstərmək məqsədilə Hörmüz boğazından keçən gəmilərə hücum etmək kimi yeni taktika tətbiq edir. xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarında
14 oktyabrPakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub
Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind
15 oktyabrTürkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15 oktyabrRusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə
15 oktyabrÇinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabr