Səfirlik Türkiyəyə qarşı çəkilən filmlə bağlı qərar verdi
Bakıda "Odda-İki bacı" filminin nümayişi baş tutmayacaq.
Sonxeber.az xəbər verir ki, bu haqda APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlik filmin səhv anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldiklərini açıqlayıb:
"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir, bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil".
Qeyd edək ki, iki gün öncə Almaniyanın Bakıdakı səfirliyi Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sözügedən filmin Azərbaycanda nümayiş olunacağı barədə məlumat yaymışdı. Həmçinin qeyd olunub ki, kinoteatrlar filmin nümayişini təxirə saldığı üçün film Aİ Film Festivalında göstərilə bilməyib. Filmin 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da Landmark lll kinoteatr zalında nümayişi nəzərdə tutulurdu.
Xatırladaq ki, "Odda-İki bacı" filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO