"Bu şirkətin çörəkləri sabun dadı verir"
Sosial şəbəkələrdə "Çörəkçi" firmasının çörəklərinin keyfiyyətsiz olması ilə bağlı iddialar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Turan İbrahimov feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, artıq bir neçə dəfə eyni problemlə qarşılaşıb: "Bununla neçənci dəfədir ki, "Çörəkçi"dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər".
Sözügedən paylaşıma digər izləyicilər də reaksiya verib və bənzər halla üzləşdiklərini bildiriblər. Həmçinin aparıcı Elçin Əlibəyli həmin çörəklərin tərkibi ilə bağlı ekspertiza aparıldığını və orada təhlükəli göbələklər aşkarlandığını yazıb.
Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problem araşdırılır: "Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və digər qanunazidd hallar barədə "1003" Çağrı Mərkəzinə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra müvafiq araşdırmalara başlanır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd olunan məsələ ilə bağlı məlumatlar artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün yönləndirilib və bununla bağlı əlavə məlumat veriləcək".
Agentlikdən həmçinin bildirilib ki, bu cür şikayətlərdə konkret faktlar üzrə araşdırmaların aparılması zəruridir: "İstehlakçıların konkret faktlarla bağlı Agentliyin "1003" Çağrı Mərkəzinə ətraflı məlumat verməsi xahiş olunur".
Sadalanan problemlə bağlı "Çörəkçi" zavodu ilə əlaqə saxlamağa çalışsaq da, zavodun ictimaiyyətə açıqladığı əlaqə nömrələrinin heç birinin işləmədiyi məlum oldu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1480 Tarix: 01 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr