Azərbaycanda cizgi filmlərilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycanda cizgi filmlərilə bağlı vəziyyət nə yerdədir?Animasiya filmləri ancaq Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilir. Nazirlik dotasiya edəndə çəkiliş olur, etməyəndə heç bir iş görülmür. Üstəlik bu sahə üzrə mütəxəssislər də yetişdirilmir. Hazır kadrlar ölkəni tərk edir, yeniləri isə hazırlanmır.

Uşaqların fərd kimi formalaşmasında, inkişafında animasiyanın (və ya cizgi filmlərinin) rolu az deyil. Çünki insan uşaqlığından aldığı müsbət və mənfilərlə böyüyür ki, bu da onun xarakterinə, dünyaya baxışına, psixologiyasına və ümumiyyətlə, bütün varlığına təsir edir. Animasiya filmlərinin verdiyi mesaj uşaq beyninə daha tez təsir edir və onun tərbiyəsində digər vasitələrlə birgə əhəmiyyətli rol oynayır. Bu baxımdan, öz kinemotoqrafçılarımızın çəkdiyi cizgi filmlərinə də böyük ehtiyac var. Bəs bu gün ölkəmizdə animasiya filmlərinin istehsalı hansı səviyyədədir? Gəlin əynimizə sehirli xalat geyinib birlikdə səyahət edək.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Dotasiya varsa, çəkilir...

"Azanfilm" studiyasının direktoru Mansur Şəfiyev deyir ki, son dövrlərdə iki animasiya filmi – "Oğurlanmış bahar" və "Qarınqulu" çəkilib: "Bu sektor dotasiya üzərində qurulub. Özəl sektor bu bazarda yoxdur. Yəni Mədəniyyət Nazirliyi dotasiya edirsə, çəkilir, etmirsə - çəkilmir. Təəssüf ki, sifarişlər də çox olmur. Əvvəllər heç olmasa ildə bir film çəkilirdi, amma indi heç o da yoxdur".

"Çəkilən cizgi filmlərin səviyyəsi müasir standartlara uyğundurmu" sualımıza animator bu cür cavab verdi: "Bizdə, əsasən, nağıllar animasiya kimi çəkilir. Keyfiyyəti pis deyil. Demirəm ki, superdir, Hollivud səviyyəsidir. Amma normaldır. Beş il bundan qabaqkı filmlərə nəzər salsaq, uyğun deyildi. Amma indi daha yaxşıdır. Məsələn, "Oğurlanmış bahar" filmini buna misal çəkə bilərəm".

Mansur bəy deyir ki, onlar daha çox hazır şablonlar üzərində işləyir, klassik obrazlara üstünlük verirlər: "Burada pis heç nə yoxdur. Mədəniyyət Nazirliyi mədəniyyət yaratmamalıdır, mədəniyyətə dəstək olmalıdır. Bunu da edirlər".

Animasiya çəkən mütəxəssislər olmalıdır

Animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyir ki, yaxşı cizgi filmləri çəkmək üçün gərək animasiya studiyası və animasiya çəkən mütəxəssislər olsun: "Biz "Azanfilm" olaraq Azərbaycan kinosunda müstəqil şirkət kimi işləyirdik. 2002-ci ildə kinonu Mədəniyyət Nazirliyinin tabeliyinə keçirdilər. Mədəniyyət Nazirliyi də ildə bir film (10 dəqiqəlik) çəkmək üçün pul ayırırdı. Onda hələ sovetdən qalmış, az da olsa, animatorlar, rəssamlar vardı. Bu gün isə vəziyyət elə gətirib ki, artıq animator yoxdur. Animator şəkil çəkən aktyordur. Əgər aktyor yoxdursa, film çəkmək mümkün deyil. İki il bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya rejissoru fakültəsi açılıb. Bu, düzgün yanaşma deyil. Əvvəl gərək animator-rəssam və ya aktyor-rəssam olsun, ondan sonra animator təcrübə yığıb, rejissor olsun. Sovet dövründə rejissorların hamısı keçmiş animatorlardan çıxıb. İşlədiyim dövrdə iki dəfə kurslar aparmışam. Kurslarda yeni nəsil animatorlar yetişirdi. Axırıncı animator kurslarını mən 1988-1990-cı illərdə keçirmişəm. Tələbələr hərəkət qanunları ilə bərabər pantomima, musiqi, operator dərsləri də keçirdilər. Seçim çox ciddi idi. 80 nəfərin içindən 20 nəfər seçilərək, iki il dərs keçilirdi. 1990-cı illərdə az film çəkildiyinə görə, onları işlə təmin edə bilmədik və kursu tamamlayan animatorlar ölkəxarici studiyalara üz tutdular. O vaxtdan indiyə kimi ölkədə animator hazırlayan kurslar təşkil olunmayıb".

Rusiyada, Ukraynada bu işdən pul qazanırlar

Elçin bəy başqa problemlərdən də danışdı: "2005-ci ildə Mədəniyyət Nazirliyinə layihə verdim, dedilər əladır. Amma həyata keçirmədilər, süründürdülər. İndi baza sıfır vəziyyətindədir. Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, İranda, kasıb Ermənistanda nə qədər studiyalar var! Hələ mən Rusiyadan, Ukraynadan danışmıram. Orada tammetrajlı filmlər çəkir, bu işdən pul qazanırlar. Ətrafda hər yerdə animasiya sahəsində sürətli inkişaf gedir. Biz isə ətalətdəyik".

"İstəyirəm Disney səviyyəsində animasiyalar çəkilsin"

"Brend personajlar üçün yaxşı ssenari lazımdır" deyir, animator: "İndiki uşaqların psixologiyası tamam başqadır. Onlara müasirliyə uyğun ssenari, qəhrəmanlar lazımdır. Ona görə də ən əsas ssenaridir. Gərək yaxşı ssenari olsun ki, yaxşı animasiya filmi çəkilsin. Mədəniyyət Nazirliyi müsabiqələr elan edir. Tutaq ki, yaxşı ssenari seçildi. Bəs onları kim çəkəcək? Animator və baza lazımdır, o da yoxdur. Animator gərək ekranda həyəcan yaratsın. İndikilər öyrəşiblər elə kompüterdə nəsə eləsinlər. Onlar ancaq obrazları hərəkətə gətirirlər. Bu isə animatorluq deyil. İşlərində heç bir dramaturgiya yoxdur. Mən istəyirəm Disney səviyyəsində animasiyalar çəkilsin. İndiki yanaşma düzgün deyil. Son zamanlarda çəkilənlər isə çox primitiv və qeyri-peşəkardır".

Animasiya filmləri çəkilir

"Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov da qeyd etdi ki, ölkədə animasiya filmləri, əsasən, Mədəniyyət Nazirliyi tərəfindən "Azanfilm" studiyasına sifariş olunur: "Sonuncu film istehsalı bitmək üzrə olan "Oğurlanmış bahar"dır. Ondan öncə "Cavanşir" filmi çəkilmişdi. Ötən il "Böyük qayıdış" müsabiqəsi keçirildi, 2 animasiya layihəsi qalib gəldi. Onlardan biri "Tarix" adlı layihə idi. Çəkildi və təqdimatı (digər qısametrajlı filmlərlə birgə) avqustun 2-si – Kino günündə oldu. Bundan başqa, həmin müsabiqə çərçivəsində "Qarabağ nağılı" adlı animasiya filmi də istehsal olundu. Tammetrajlı "Qarınqulu" animasiya filminin istehsalı da davam edir. Hazırda "Azərbaycanfilm" kinostudiyası "Start 2023" adlı filmlər müsabiqəsi elan edib. Bu, tammetrajlı, qısametrajlı filmlər və qısametrajlı animasiya filmləri layihəsini əhatə edir. Layihələrin qəbulu bu il noyabrın 1-dən 2023-cü il yanvarın 31-dək davam edəcək. Sonra layihələrin ekspertlər tərəfindən dəyərləndirilməsi prosesi başlayacaq və apreldə qaliblər elan olunacaq. Daha sonra qalib layihələrin istehsalatı nəzərdə tutulub".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1611   Tarix: 10 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr