G7 ölkələri Ukraynaya dəstək vədlərini təkrar ediblər
ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini təsdiqləyiblər.
Sonxeber.az xəbər verir ki, bu barədə G7 ölkələrinin liderlərinin onlayn görüşündə qəbul edilən birgə bəyanatda deyilir.
"Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsi qarşısında Ukrayna ilə həmrəy olduğumuzu bildiririk", - deyə bəyanatda bildirilir.
Bəyanatda Rusiyanın mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayəti təşkil etdiyi xatırladılıb.
Bəyannamədə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılmasından da məmnunluq ifadə olunub.
Vurğulanıb ki, G7 ölkələrinin də əsas məqsədi sənayenin iqlimə uyğun yenidən qurulması olan İqlim Klubu yaradılıb.
Bəyanatda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birlikdə İqlim Klubunun müvəqqəti katibliyinə ev sahibliyi etməsi xahiş olunur.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1025 Tarix: 13 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
14 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabrTürkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15 oktyabr