Rusiya geri çəkilir? - "Putin bu zərbəyə asanlıqla tab gətirməyəcək"
"Rusiya Prezidenti Vladimir Putin hərbi qüvvələrini Ukraynadan çıxarmayacaq".
Bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.
Jurnalist hazırda belə bir gedişatın əlamətlərinin görünmədiyini söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Xersonun Ukrayna tərəfindən geri alınmasına təpkisi onu təəccübləndirib.
"Əminliklə deyə bilərəm ki, Putin qoşunların Ukrayna ərazisindən çıxarılmasına göstəriş verməyəcək, ən azı mən belə bir ehtimal görmürəm. Mənim üçün kifayət qədər təəccüblü məqam budur ki, Rusiyanın ictimai məkanı, televiziyası və hakimiyyəti Xersonun əldən çıxmasına praktiki olaraq reaksiya vermədi. Düşünürdüm ki, bu, olduqca güclü zərbə olacaq. Amma Rusiya televiziyası və hakimiyyəti bu zərbəyə çox asanlıqla sinə gərdi", - Yakovenko vurğulayıb.
Onun fikrincə, indi əsas məsələ Krımın itirilməsinin hansı səviyyədə ciddi zərbə olacağı ilə bağlıdır. Çünki yarımada Rusiya üçün böyük önəm kəsb edir.
"Düşünürəm ki, Putin rejimi bu zərbəyə o qədər də asanlıqla tab gətirə bilməyəcək, çünki Krım tamamilə simvolik hadisədir. Yəqin ki, rejim Krımın itirilməsini Xersonda olduğu kimi asanlıqla uda bilməyəcək", - jurnalist deyib./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2476 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölümcül tələ: Avropada sakin olmayan, qeyri-adi statuslu ada var
Qəribə taleyə malik kiçik bir Avropa adasında heç kimin yaşamamasına baxmayaraq, hər altı aydan bir dövlət mülkiyyəti dəyişir. Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb. Fazan adası İspaniya və Fransanın növbəli idarəsi altındadır və bəzən qanunsuz miqrantla
18 fevralGöyərçinləri ilə məşhur şəhərdə - Gözlənilməz qərar
Polşanın Krakov şəhərində göyərçinlərin sayının artmasının qarşısını almaq məqsədilə pilot artım nəzarəti proqramına start verilib. "Qafqazinfo" xəbər verir ki, proqram Krakov Şəhər Şurası və "Dzikusy Salamandry" Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində göyərçinləri
19 fevralŞahzadə Diana haqqında film Uilyam və Harri arasında münaqişə yaradıb
Britaniya şahzadəsi Uilyam kiçik qardaşı Harri və onun həyat yoldaşı Meqan Marklın mərhum anası şahzadə Dianaya dair sənədli film çəkmə planlarına görə hüquq məsləhətinə müraciət etməyi düşünür. Qaynarinfo xəbər verir ki, "Radar Online"ın mənbələrə istinadən yazdığına görə, söhbət "Netflix"
17 fevralDanimarkanın Baş naziri: Qrenlandiya satılmır və pulla ölçülmür
Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debatlar zamanı Qrenlandiyanın dəyərini müəyyən etməkdən imtina edib. "Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Frederiksen Qrenlandiyanın dəyərini qiymətləndirə biləcəyi barədə suala mənfi cavab verib
15 fevralKeniyada torpağın altında yatan sərvət: Gündəlik hədəf 30 qram...
Şərqi Afrika ölkəsi Keniyanın qərbində yerləşən Kakameqa bölgəsində minlərlə aztəminatlı kənd sakini dolanışığını təmin etmək üçün primitiv üsullarla qızıl hasil edir. Qaynarinfo xəbər verir ki, 1900-cü illərin əvvəllərindən istifadə olunan köhnə mədən ocaqlarında çalışan sakinlər böyük risklərə gedərə
20 fevralKosmosda səssiz mülkiyyət savaşı: Ayın sahibi kimdir?
ABŞ-da bir televiziya aparıcısının "Ay bizimdir" çıxışı gülüşlərə səbəb olsa da, arxa planda dövlətlər və şirkətlərin ciddi bir yarış içində olduğunu ortaya çıxardı. 1967-ci ildə imzalanan beynəlxalq kosmos antlaşmaları, günümüzdəki mədənçilik və yaşayış planları qarşısında kifayət qədər effekti
19 fevral