Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb.
NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron və artilleriya zərbələrinin, eləcə də mina təhlükəsinin olduğu ərazilərə göndərir. Onun sözlərinə görə, əsasən müdafiə mövqelərində olan Ukrayna ordusunun sentyabr ayındakı itkiləri isə ölən və yaralananlar daxil olmaqla, təxminən 5 min nəfər təşkil edib. Beləliklə, NATO nümayəndəsinin qiymətləndirməsinə əsasən, Rusiyanın canlı qüvvə itkiləri Ukraynanın itkilərindən təxminən 10 dəfə çox olub.
NATO-nun baş katibi Mark Rütte ilin əvvəlində ayrı-ayrı aylarda Rusiya ordusunun 30-35 min hərbçisini itirdiyini bildirmişdi. Avqustun sonunda NATO baş katibinin müavini Radmila Şekerinska Rusiyanın aylıq itkilərinin 40 min nəfəri keçdiyini açıqlamışdı. Sentyabrda isə Rütte bu göstəricini 43 min nəfər olaraq təqdim edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrda Rusiya ordusunun itkiləri müharibənin başlanmasından bəri rekord həddə çataraq 46,2 min nəfər olub.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına əsasən, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan 2026-cı ilin iyun ayınadək təxminən 1,4 milyon hərbçi itirib. Onlardan azı 450 mininin öldüyü bildirilir.
Analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ilin ilk yarısında Rusiyanın aylıq itkiləri 30-34 min nəfər arasında dəyişib. Bu rəqəm ay ərzində müqavilə əsasında hərbi xidmətə cəlb edilən təxminən 27 min nəfərin sayını üstələyib.
Bununla yanaşı, Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya sentyabrda Ukraynada nəzarət etdiyi 80,81 kvadratkilometr ərazini itirib. Rusiya Prezidenti Vladimir Putin isə həmin ay ərzində Ukraynada 1301 kvadratkilometr ərazinin ələ keçirildiyini iddia edib. ISW analitikləri Rusiya prezidentinin ərazi uğurları ilə bağlı açıqlamalarını "hallüsinasiyalar" adlandırıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Ailələrə uşaq sayına görə pul veriləcək?