Tarix təhrif olunmamalıdır

Tarix təhrif olunmamalıdır24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü keçirilmişdir.
Dövlət başçımız görüş zamanı çıxışında bildirmişdir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqları barədə iştirakçıların diqqətinə çatdırmışdır.
Xüsusilə qeyd etmişdir ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır.
Möhtərəm Prezident İlham Əliyev qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır: "Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Aynur Xəlilova - politiloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 795   Tarix: 27 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün 1992-ci il yanvarın 24-də Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətini

2 iyul
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar

2 iyul
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun