İzləmə rekordu qıran "Avatar"ın 10 gün ərzindəki gəliri AÇIQLANDI - FOTO-VİDEO
Amerikalı rejissor Ceyms Kemeronun "Avatar: Su yolu" ("Avatar: The Way of Water") filminin dünya üzrə kassası ilk 10 gündə 1 milyard dollara yaxınlaşıb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 16 dekabrdan bütün dünyada yayımlanan film izləmə rekordu qırıb və Yeni il ərəfəsində cəmi 10 günə istehsalçılara ABŞ-da 250 milyon, bütün dünyada isə 855 milyon dollar qazandırıb.
Bu həftə gəlirin 900 milyon dolları keçəçəyi proqnozlaşdırılır.
Rejissor Ceyms Kameronun qeyd etdiyi kimi, "Avatar"ın çoxdan gözlənilən davamı olan "Su Yolu" əvvəlki hissə kimi emosional, lakin daha genişmiqyaslıdır.
Hadisələr ilk filmdəkilərdən 10 illər sonra baş verir. Hekayəyə əsasən, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Navi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.
Baş rolları Sem Uortington, Zoi Saldana, Stiven Leng, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayırlar.
Xatırladaq ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Navi aləminə xətərli müdaxilə barədədir. Üç "Oskar" və bir "Qızıl Qlobus" mükafatını almış "Avatar" dünyanın ən gəlirli filmi olub.
Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1594 Tarix: 27 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabr