Azərbaycanda 10 hakimin səlahiyyətlərinə xitam verilib, 20 nəfərə xəbərdarlıq edildi
Ötən dövrdə bu Qaydalar əsasında 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib və işində peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətləri xitam edilib, 20 nəfərə fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.
Bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.
Qeyd olunub ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidenti İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm "yol xəritəsi" olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirir.
Fərmanın icrası ilə bağlı məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, məhkəmə İnfrastrukturunun müasirləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edib.
Bu sahədə qarşıda duran vəzifələrin icrası məqsədilə son illər məhkəmə sistemində mühüm kadr islahatları aparılıb, hakim kadrlarından səmərəli istifadə edilməsi üzrə müvafiq tədbirlər görülüb.
Belə ki, təkcə son dövrlər Ali Məhkəməyə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 25 yeni hakim təyinatı aparılmaqla onun tərkibi 60% təzələnib, məhkəmənin bütün kollegiya sədrləri dəyişdirilib. Həmçinin, apellyasiya məhkəmələrinin bütün sədrləri və kollegiya sədrləri dəyişməklə, yeni, daha hazırlıqlı kadrlarla möhkəmləndirilib. Bu məhkəmələrin hakim korpusunun yarıdan çoxu təzələnib. Fəaliyyətini yeni çağırışlara uyğun qura bilməyən 15-dək hakim qeyd edilən məhkəmələrdən aşağı işə keçirilib.
Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər bu sistemdən kənarlaşdırılıb. Dövlət başçısının qeyd edilən fərmanının icrası çərçivəsində qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni şəffaf Qaydaları bu sahədə səmərəli mexanizm rolu oynayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1340 Tarix: 28 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr