İsveç Aİ Şurasına sədrliyi qəbul edib
Yanvarın 1-də İsveç mandatı 2023-cü il iyunun sonuna qədər davam edəcək Avropa İttifaqı (Aİ) Şurası sədrinin hüquqlarını üzərinə götürüb.
"İsveç İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik böhranı zamanı Avropa İttifaqı Şurasına sədrlik edir. Aİ-nin üzləşdiyi problemlər əvvəlkindən daha ciddi ola bilər. Bu, qətiyyət tələb edir", - İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin quruma sədrliyə başlaması münasibətilə çıxışında deyib.
Onun sözlərinə görə, "hazırda Aİ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, Ukraynaya dəstəyin gücləndirilməsi və iqlim keçidinin təminatı ən mühüm vəzifələrdir".
"İsveçin sədrliyi dövründə biz, həmçinin qazıntısız yanacaqdan azad iqtisadiyyata və aydın rəqabətlilik gündəliyinə keçiddə güclü Avropa liderliyini qoruyub saxlamağa üstünlük verəcəyik", - İsveç hökumətinin başçısı deyib.
"Təhlükəsizlik, rəqabətqabiliyyətlilik, yaşıl və enerjiyə keçid, demokratik dəyərlər və qanunun aliliyi" - İsveç Aİ Şurasına sədrlik proqramında prioritetləri belə müəyyənləşdirib.
"Aİ və üzv dövlətlər Ukraynaya görünməmiş dəstək verib və daim onun yanında olacaqlar. Güclü transatlantik əlaqə də daxil olmaqla etibarlı tərəfdaşlarla davamlı əməkdaşlıq təmin edilməlidir. İsveç sədrliyi gələcək iqtisadi və hərbi sahələrə üstünlük verəcək", - təhlükəsizliyə həsr edilmiş bölmədə deyilir.
Sənəddə həmçinin əvvəlki müdafiə təşəbbüslərinin həyata keçirilməsində və transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizədə çətinliklərə işarə edilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 748 Tarix: 01 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021