Bütün hadisələri qeydə alan "Qara Qutu" - Dünya dağılsa da o qalacaq

Bütün hadisələri qeydə alan "Qara Qutu" - Dünya dağılsa da o qalacaqBir qrup elm adamı qara qutu hazırlayıb. Qutu bütün həyatı sona çatdıracaq fəlakətdən sonra dünyada baş verənləri təsvir etmək üçün dizayn edilib. Avstraliyanın Tasmaniya əyalətində tənha bir yerdə yerləşəcək və hər şeyi qeyd etməyə planlaşdırılmış bu struktur bir çox sirləri özündə ehtiva edəcək.

Son illərdə təsiri hər mənada hiss edilən iqlim dəyişikliyi dünyanın sonunun xəbərçisi kimi şərh olunur.

Böyük əksəriyyət kütləvi məhvin mümkün olmadığına inansa da, alimlər insanların kütləvi yox olduqdan sonra bəşəriyyətin sonunun nə ilə nəticələndiyini izah etmək və bir vaxtlar dünyada baş verənləri gələcək nəsillərə ötürmək ideyası ilə sözügedən layihəyə imza atıblar.

Bu fonda Avstraliyanın Tasmaniya əyalətinin ucqar bir küncündə qara qutu qalacaq. Siz bunu uçuş zamanı təyyarədə müəyyən məlumatları qeyd etmək üçün qara qutu kimi düşünə bilərsiniz. Həmin layihənin təfərrüatları budur.

Son zamanlar bütün dünya alimlərinin müzakirə etdiyi bir mövzu var: şiddətli quraqlıq, xüsusən də buzlaqların əriməsi iqlim dəyişikliyinin ən çox hiss olunan təsirlərindən biridir. Bu dəyişikliklərin dünyanın sonunu gətirəcəyinə inanan alimlərin məqsədi baş verə biləcək fəlakətdən sonra gələcək nəsillərə məlumat verməkdir.

Hər şeyi qeydə alır

Ötən ilin ortalarında Tasmaniya Universitetinin alimləri, Celemnger BBDO marketinq agentliyi və "Glue Society" kreativ agentliyi ilə birgə layihə hazırlanıb. Onlar layihəni "Yerlərin Qara Qutu" adlandırdılar. Bu layihənin yaradıcıları bəşəriyyətin mümkün sondan sonra sağ qalıb-qalmaması ilə bağlı qərarsız olsalar da, planetdə yenidən başlayacaq həyatın mümkünlüyünü nəzərə alaraq gələcəyə bir növ "yaddaş" qoyurlar. Uzun illərdir tədqiq edilən qara qutu, dünyanı məhv etmə ehtimalı yüksək olan nüvə müharibəsindən belə təsirlənməyəcək şəkildə dizayn edilib. Düzbucaqlı şəklində dizayn ediləcək möhkəm bir daşa bənzəyən bu quruluşun digər məqsədi də dünyanın gedişatını təhlil etmək üçün məlumat toplamaqdır.
"Hekayəmizin necə bitəcəyi tamamilə bizdən asılıdır. Bu layihə ilə bağlı bir şey dəqiqdir, indi sizin hərəkətləriniz, hərəkətsizliyiniz və qarşılıqlı əlaqəniz qeydə alınır."

Yerin Qara qutusu bəşəriyyətin və planetin sonunu gətirən problemləri qərəzsiz şəkildə izah etmək məqsədi daşıyır. Ancaq bu layihəni faydalı hesab edənlərlə yanaşı, yararsız hesab edənlər də var. Bəzi elm adamları planetin sonunu gətirəcək problemlərin həlli yollarını tapmaq əvəzinə, başqa layihələrə vəsait xərcləməyi yersiz hesab edirlər. Layihənin yaradıcılarının sözlərinə görə, qara qutu bir çox aspektlərdə maarifləndirmə məqsədi daşıyır.

Deyilənə görə, qara qutu çoxlu saxlama bankları ilə doldurulacaq və bu banklar üzərindəki günəş panelləri ilə internet bağlantısı qura biləcəklər. Batareyalar enerji saxlamağa imkan verəcək. Günəşin ilk şüaları ilə qara qutu elmi məlumatları endirəcək və alqoritm internetdən iqlim dəyişikliyi ilə bağlı materialları toplayacaq. Qeydiyyat prosesi başlayıb. Sayta daxil olarkən məlumatların qeydə alındığı barədə xəbərdarlıq edildiyini görmək mümkündür.

"Glue Society"-nin həmtəsisçisi Conatan Kneebone Amerikanın ABC telekanalına verdiyi açıqlamada, "Bu qutu hamımızdan daha çox yaşamaq üçün hazırlanıb. Bu qutu şəbəkə batdıqda belə işləməyə davam edəcək". "Clemenger BBDO" marketinq agentliyinin kreativ direktoru Cim Kurtim müsahibədə deyib: "Əgər dünya iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu sarsılmaz qeyd cihazı ondan dərs alan hər kəsin yanında olacaq".

"Dünyanın Qara Qutusu" layihəsi gələcək nəsillərin yox olduqdan sonra qutudakı məlumatları necə əldə edəcəyik? sualını da ağıllara gətirib.

Mövzu ilə bağlı qutunun memarları layihə üzərində çalışdıqlarını bildirərək, bu məsələyə belə aydınlıq gətiriblər: "Qara qutudakı məlumatları binar sistemlə kodlayacağıq və qutunun üzərinə təlimatları həkk edəcəyik".

Görünür, layihə haqqında daha çox öyrənmək üçün bir müddət gözləməli olacağıq.

Qeyd edək ki, saxlanan məlumatlara quru və dəniz temperaturu, okeanın turşulaşması, atmosfer CO2, növlərin yox olması, torpaqdan istifadənin dəyişməsi, həmçinin insan əhalisi, hərbi xərclər və enerji istehlakı daxildir. Qəzet başlıqları, sosial media yazıları və ÇNL iqlim dəyişikliyi görüşləri kimi əsas hadisələrdən xəbərlər kimi kontekstual məlumatlar da toplanacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1619   Tarix: 01 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021