Türkiyədən dünyaya MESAJ: "Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq"
Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikməsi haqda xəbər əməlli-başlı səs-küyə səbəb olub. Bu xəbərdən nəinki ermənilər, hətta onlara havadarlıq edənlər də təşvişə düşüblər. Bəs görəsən Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsi bizə hansı dividentlər qazandıra bilər?
Mövzunu şərh edən politoloq Samir Hümbətov bildirib ki, indiki məqamda Türkiyə Ermənistanla sərhəddə hərbi baza tikməklə terrorla mübarizədə son illərdə qazandığı uğurları daha da inkişaf etdirmək istəyir: "Nəzərə almalıyıq ki, PKK terrorunun bir qolu, eləcə də əsas kamplarından biri Ermənistan ərazisində yerləşir. Bu isə regiona narahatlıq gətirən ciddi amillərdən hesab olunur. PKK-nın kamplarının orada olması, Türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməsini labüd edir və bununla həm də İrəvana mesaj verilir. Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı son dövrlər bəzi dövlətlər (Fransa, İran və sairə) tərəfindən təhdidlər gəlir ki, Türkiyənin modul tipli hərbi baza tikməsi həmin ölkələrə də mesaj olacaq".
Samir Hümbətov: "Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir" | 1news.az | Xəbərlər
Politoloq əlavə edib ki, Ankaranın hərbi baza tikməsi nəticəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə Türkiyə hərbçiləri Ermənistanla sərhəddə birgə hərbi təlim keçirə biləcək: "Həmçinin Türkiyə hərbi baza tikməklə, "burada biz varıq, əgər Azərbaycana təhdid yaratsanız, Ermənistana ən yaxın məsafədən daxil olacağıq" mesajını bütün dünyaya çatdırır. Bu da böyük bir müharibənin yaranmasına yol aça bilər. Bu hərbi baza həmçinin Türkiyə hərbçilərinin bütün iqlim şəraitində fəaliyyətinə bir növ stimul vermiş olacaq"./Konkret
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb