"Azərbaycan XTQ-ləri dünya sıralamasında ilk beşlikdədir"
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada yer tutub.
Bu barədə hərbi sahədə ixtisaslaşmış "Global Firepower" portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.
Dövlətimiz və Ordumuz üçün çox mühüm hadisə olan bu uğurla bağlı
Yenilik.az olaraq hərbi ekspert Ədalət Verdiyevin münasibətini öyrəndik. Ə.Verdiyev Yenilik.az-a açılamasında bildirdi ki, "Hərbi sahədə ixtisaslaşmış "Global Firepower" portalının ötən il üçün dünya ordularının reytinq siyahısında Azərbaycan Ordusunun 57-ci yerə qalxması heç də təsadüfi deyil. Bəzi parametrlərdə bu göstəricilər daha da yüksəkdir. Məsələn Azərbaycan XTQ-ləri ən pessimist variantda dünya sıralamasında 5-ci yerdən aşağıda deyil. Quru qoşunlarımız isə ilk 30-luqda yer alır. Nəticə etibarilə bu Azərbaycan ordusunun ötən il ərzində həyata keçirdiyi əməliyyatlar və komando hissələrinin yaradılması ilə bağlıdır. Bundan başqa Azərbaycan Ordusu öz döyüş potensialını kifayət qədər gücləndirib, yeni silahların alınması və birgə silahların istehsalı üzrə yeni müqavilələr imzalanıb. Dövlət tərəfindən müdafiə və təhlükəsizlik xərcləri 4,6 %, ümumilikdə isı hüquq-mühafizə və təhlükəsizlik xərcləri 6,6 % artırılıb. Bu fəaliyyət Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsi ilə nəticələnib."
Ötən il Azərbaycan Ordusunun həmin reytinq siyahısında 63-cü yerdə olduğunu xatırladan Ə.Verdiyev qeyd edib ki, "Nəticə etibarilə Azərbaycan təhlükəsizlik və müdafiə məsələlərini prioritet olaraq qəbul edir və bu regionun lider dövləti olan Azərbaycanın mövqeyinin qorunması üçün hərbi xərclərin artırılması çox vacibdir. Ümid edirəm ki, bundan sonrakı dövrdə də Azərbaycan müdafiə və təhlükəsizlik xərclərində qənaətə yol verməyəcək, silahlı qüvvələrin təchizatı üçün, azad olunmuş ərazilərin etibarlı şəkildə mühafizəsi üçün tələb olunan və zəruri olan bütün addımları atacaq və bunun üçün heç bir xərcdən çəkinməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb