Professordan şok: Rusiyanın dağılmasına hazır olun!
Qərb üçün yaxşı və ya pis olmasından asılı olmayaraq, Rusiyanın dağılmasına hazır olmaq lazımdır.
Bunu ABŞ-ın Rutters Universitetinin professoru Aleksandr Motıl "Foreign Policy" üçün yazdığı məqaləsində deyib.
"Rusiyanın Ukraynadakı məğlubiyyəti daha da aydınlaşdıqdan sonra onun baş verə biləcəyi müxtəlif ssenarilər var. Çox güman ki, bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsidir. Bundan sonra hərbi səyləri davam etdirmək və mövcud siyasi iyerarxiyanı məhv etmək istəyən ifrat sağçı millətçilərlə sistemin mövcudluğunun saxlanılması, müharibəni bitirmək və Rusiyada islahatlar aparmaq məqsədi daşıyan yarıdemokratik hərəkatın canlanmasında maraqlı olan avtoritar mühafizəkarlar arasında hakimiyyət uğrunda şiddətli mübarizə başlayacaq. Biz kimin qalib gələcəyini deyə bilmərik, amma əminliklə proqnozlaşdıra bilərik ki, hakimiyyət mübarizəsi rejimi zəiflədəcək", - Motıl bildirib.
Onun sözlərinə görə, zəifləmiş rejim və zəif işləyən iqtisadiyyat rusların silahlanıb küçələrə çıxmasına səbəb ola bilər. Bundan əlavə, Rusiya Federasiyasının bəzi subyektləri daha böyük müstəqillik seçmək qərarına gələ bilərlər:
"Əsas namizədlər Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və Saxadır. Rusiya bu sarsıntılardan sağ çıxsa, çox güman ki, Çinin müştəri dövlətinə çevriləcək. Əks halda Avrasiyanın xəritəsi çox fərqli görünəcək"./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2521 Tarix: 08 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabr