Abramoviç milyardlarını görün necə qoruyub - Müharibədən əvvəl...
Rusiyalı milyarder Roman Abramoviçin Ukraynaya qarşı hərbi əməliyyatın başladılmasına bir neçə həftə qalmış övladlarının hesabına 4 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.
Bu barədə "The Guardian" nəşri əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 2022-ci ilin əvvəlində Abramoviç Kipr və Cersidə ən azı 10 trestin yeganə benefisiarı olub. Lakin fevralın 4-də trestlərə düzəlişlər edilməyə başlanıb. Nəticədə Abramoviçin payı azaldılıb və ya ləğv edilib. Həmçinin, eyni anda onun yeddi övladının payı bəzi hallarda 100%-ə qədər yüksəlib.
Ətraflı
Nəşr yazır ki, bu, milyarderin həbsini və aktivlərinin müsadirəsini xeyli çətinləşdirə bilər. Belə ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Abramoviçlə əlaqəsi olan Virciniya adalarında qeydiyyatdan keçmiş "Granite Capital Holdings Ltd." şirkətindən 26 milyon dolların müsadirə edilməsi prosesinə başlayacaqlarını açıqlayıb. Ancaq Ukraynada münaqişə başlamazdan əvvəl Abramoviç şirkətə sahib olan "HF Trust"ın benefisiarı olmağı dayandırıb və yerini onun övladları tutub.
Eyni zamanda, uşaqlara Rusiya şirkətlərindən paylar, "Eclipse" superyaxtası və Londonda 107 milyon dollarlıq malikanə kimi fiziki aktivlər də verilib.
Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı 2022-ci ilin martında Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Milyarder bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib./axsam.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2114 Tarix: 08 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrSON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabr