İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xan-Yunis bölgəsinə endirilən zərbə nəticəsində "İslami Cihad"ın hərbi qanadının bölük komandiri Məhəmməd Əbu Şaluf öldürülüb. Onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilib.
Digər zərbə zamanı isə HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Dan öldürülüb.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, öldürülən şəxslər son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etmək məqsədilə fəaliyyət göstəriblər. Ordunun iddiasına görə, bununla onlar atəşkəs razılaşmasını sistematik şəkildə pozublar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 107 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabr