Rusiya Braziliyadakı iğtişaşı pisləyib
Rusiya Braziliyada sabiq prezident Jair Bolsonarunun tərəfdarlarının Milli Konqres, Prezident Sarayı və Ali Məhkəmə binalarına hücumunu pisləyib.
Sonxeber.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanı dəstəklədiklərini bildirib.
"Biz iğtişaşlara səbəb olanların hərəkətlərini ən sərt şəkildə qınayırıq. Təbii ki, biz Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın asayişi bərpa etmək üçün atdığı addımları tam dəstəkləyirik" ,- deyə Peskov bildirib.
"Lulanın ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün göstərdiyi səyləri təqdir etməyə davam edirik" ,- deyə o əlavə edib.
Braziliyada ordunun müdaxiləsini tələb edən şüarlar səsləndirən radikal sağçı Bolsonaro tərəfdarları polis səddini aşaraq Milli Konqres binasına daxil olublar.
Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazla müdaxilə edən polis qrupların Prezident Sarayı və Ali Məhkəmə binasına zorla daxil olmasına mane ola bilməyib.
Milli Konqresə və Prezident Sarayına basqın edən Bolsonaro tərəfdarları təhlükəsizlik qüvvələri tərəfindən bu binalardan çıxarılaraq nəzarətə götürülüb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1237 Tarix: 09 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib. "Ləğv edilmi
13 iyunRusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb. "Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub
14 iyunPentaqon UNO haqqında məxfi sənədlərin son hissəsini yayımladı
ABŞ Hərb Nazirliyi daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat verib. Materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib. 2025-c
14 iyunABŞ Hörmüz boğazı yaxınlığında İranın bir neçə dronunu vurub
ABŞ hərbi qüvvələri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran pilotsuz uçuş aparatını (PUA) məhv edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, zərərsizləşdirilmiş sözügedən dronlar tranzit yük daşımaları üçün təhlükə mənbəyi olub. Məsəl
13 iyunTəşviş pozuntusu sadəcə əlamət deyil: Problemin əsl səbəbləri
Təşviş pozuntusu psixoloqlara müraciət etmək üçün ən çox yayılan səbəblərdən biri olaraq qalsa da, bir çoxları hələ də bununla təkbaşına mübarizə aparmağa çalışır. Bəs nəfəs məşqləri niyə bu problemi kökündən həll etmir?. xəbər verir ki, bu barədə -ya psixoloq Natalya Danilova məlumat verib. O bildiri
13 iyun