Fransada əcnəbilərə qarşı pis rəftarları ifşa edən polisə təzyiq edilib
Fransa Ombudsmanı Claire Hedon Paris məhkəməsində əcnəbi əsilli məhbuslara qarşı sistematik irqçi və pis rəftarı ifşa edən müsəlman polis rəisi Amar Benmohamed-ə rəisləri və daxili işlər naziri Gerald Darmanin tərəfindən təzyiq edildiyini təsdiqləyib.
Sonxeber.az Street Press-ə istinadən xəbər verir ki, Hedon Paris məhkəməsində polis tərəfindən müttəhimlərə və məhbuslara qarşı hüquq pozuntularını ifşa etdikdən sonra polis rəisi Benmohamed-in təzyiqlərə məruz qalması ilə bağlı şikayətlərdən sonra araşdırmaya başlayıb.
Araşdırmalar nəticəsində noyabrın 12-də inzibati orqanlara təqdim etdiyi qərarda Hedon müxtəlif mənşəli 1000-dən çox müttəhimə qarşı irqçi və pis rəftarı ifşa edən Benmohamed-in illər ərzində təzyiq və hədə-qorxuya məruz qaldığını təsdiqləyib. O, 2017-2019-cu illərdə Paris məhkəməsində çalışıb.
Fransa Ombudsmanı Hedon belə nəticəyə gəlib ki, Benmohamedin rəhbərləri və nazir Darmanin tərəfindən hədəfə alınıb və qorxudulub.
Fransa mətbuatında yer alan xəbərlərə görə, polis rəislərindən biri olan Benmohamed 2017-2019-cu illərdə çalışdığı Paris məhkəməsində 1000-dən çox xarici əsilli müttəhimin pis rəftar edildiyini rəislərinə məlumatlandırıb.
Benmohamed, Fransa polisinin müttəhimlərlə sistematik şəkildə irqçi davrandığını, onları su və yeməkdən məhrum etdiyini bildirmişdi.
Qeyd edək ki, məsələnin mediada əks olunmasından sonra Təhlükəsizlik və Daxili İşlər Naziri Gerald Darmanin Benmohamed-ə qarşı bir sıra intizam prosedurlarına başlayıb.
Benmohamedin vəkilləri Fransa Ombudsmanına müraciət ediblər.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 941 Tarix: 10 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Parisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrSON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabr