İsrail prezidenti Hersoq prezident Ərdoğanı İsrailə dəvət edib
İsrail prezidenti İsaak Hersoq prezident Rəcəb Tayyib Ərdoğanı İsrailə dəvət edib.
Sonxeber.az xəbər verir ki, Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özcan Torunların etimadnaməsini təqdim etdiyi mərasimdə İsrail prezidenti İsaak Hersoq prezident Rəcəb Tayyib Ərdoğanı İsrailə dəvət edib.
Səfir İsrailin Qərbi Qüdsdəki prezident iqamətgahında təşkil edilən mərasimdə Hersoq tərəfindən qəbul edilib.
Türkiyə və İsrail 2022-ci il ərzində qarşılıqlı münasibətləri yaxşılaşdırmaq üçün bir çox addımlar atmışdı.
İsrail prezidenti İsaak Hersoqun 2022-ci ilin martında Ankaraya səfərindən sonra xarici işlər naziri Mövlud Çavuşoğlunun may ayında İsrailə səfəri baş tutub. İyun ayında İsrailin baş naziri Yair Lapid də Türkiyəyə səfər edib.
2022-ci il avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri maksimum dərəcədə artırmaq və qarşılıqlı səfirlər təyin etmək qərarına gəliblər.
Bu çərçivədə ilk addım İsraildən gəldi və İrit Lillian 20 sentyabr 2022-ci ildə Ankaradakı İsrail səfirliyinə gətirildi.
İsrailin Ankaradakı səfiri İrit Lillian dekabrın 27-də prezident Ərdoğana etimadnamə təqdim edərək vəzifəsinin icrasına başlayıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1059 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Lyayeni belə qarşıladı - Video
Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:
1 iyulPrezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunAvropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
2 iyulƏli Əsədov Denis Afanasyevi qəbul edib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını
25 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyun