BMT TŞ-də Bakıya qarşı qətnamənin qəbuluna hansı ölkə mane olub?
Fransa BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı aksiyaya görə Azərbayana qarşı qətnamənin qəbul edilməsinə hansı ölkənin mane olduğunu açıqlamaq istəmir.
Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet deyib.
O, bununla bağlı suala cavab verə bilməcəyini açıqlayıb. Lakin ermənilərə vəd edib ki, Laçın yolundakı aksiyanın dayandırılması üçün hər şeyi edəcəklər.
Qeyd edək ki, Fransa və Ermənistan BMT TŞ-də Laçın yolunda keçirilən aksiyaya görə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhd edib. İlk müzakirələrdə rəsmi Bakıya çağırışların edilməsinə nail olublar, lakin bu çağırışların qətnaməyə çevrilməsi planları baş tutmayıb. Rəsmi Bakının diplomatik manevrləri nəticəsində qəbul edilməsi planlaşdırılan sənədin mətni Azərbaycanın xeyrinə dəyişdirilib, bunu görən Fransa da ümumiyyətlə, sənəddən imtina edib. Ermənistan qətnamənin qəbuluna Rusiyanın mane olduğunu haqda fikirlər səsləndirsə də, Moskva buna görə Fransanı ittiham edib. Fransa isə ümumiyyətlə, heç bir ölkənin adını açıqlamaq istəmir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1441 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr