Ermənistan geri çəkilir: "Paşinyan açıq şəkildə dedi ki, Qarabağ..."
"Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycan təhlükəsi ilə üz-üzə gəlməmək üçün Qarabağ məsələsindən əlini çəkib".
Bu barədə Ermənistanın "Past" qəzeti yazır.
"Ermənistan hakimiyyəti kənara çəkilib, yalnız Qarabağa (separatçı rejimə-red.) Azərbaycanla dialoqa dair qeyri-müəyyən çağırışlar edir. Paşinyanın son mətbuat konfransından bu aydın oldu", - nəşr qeyd edir.
Məqalədə vurğulanır ki, Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə dəstəyi humanitar yardımdan o yana keçmir:
"Paşinyan onu da bəyan edib ki, Qarabağ erməniləri öz, Ermənistan xalqı da öz problemləri ilə məşğul olmalıdır. Belə bir mövqe Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə də öz əksini tapır. Ermənistanda insanların böyük hissəsi Qarabağda baş verənlərə etinasız yanaşır, Qarabağ ermənilərini ələ salırlar, hətta mövcud duruma görə sevinirlər".
Qəzet Paşinyanın separatçı rejimə Azərbaycana yeni hərbi eskalasiyaya başlamağa əsas yaradan açıqlamalar verməmək barədə çağırışına da toxunub:
"Paşinyan hökumətin iclasında dedi ki, belə açıqlamalar prosesi dalana aparır və heç kim aparılan konstruktiv danışıqları (Azərbaycanla) pozmamalıdır.
Paşinyanın açıqlamasından aydın olur ki, Ermənistan "Qarabağın öz müqəddəratını təyinetmə mövzusu"nu qaldırmayacaq. Digər tərəfdən, Paşinyanın mətbuat konfransında Rusiya sülhməramlılarına qarşı konkret ittihamlar səsləndirməsi, onların öhdəliklərini yerinə yetirə bilməmələrini dilə gətirməsi faktı da diqqət çəkir"./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 17384 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabr