TDT-nin Bakıya dəstəyi: İrəvan dalana dirənir

TDT-nin Bakıya dəstəyi: İrəvan dalana dirənirErmənistanın apardığı xarici siyasət artıq dalana dirənib. Bunu bütün istiqamətləri ilə erməni siyasətçiləri və cəmiyyəti görür. Biz dalana dirənməni eyni zamanda Rusiya və KTMT ilə münasibətlərdə də görürük.

Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a Türk Dövlətləri Təşkilatının Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya və Qarabağdakı mədənlərimizin qanunsuz şəkildə talanması ilə bağlı verdiyi bəyanat haqqında danışan Türk-İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu deyib.

Alim yeni yaranan geosiyasi reallıq fonunda bütün tərəflərin Azərbaycanın haqlı olduğunu bildiyini, Ermənistanın isə mövqelərinin getdikcə zəiflədiyini vurğulayıb:

"Ermənistan cari ildə ölkədə KTMT-nin təlimlərinin keçirilməsinə icazə vermədi, Rusiya ilə münasibətlər daha da gərginləşdi. Səbəbi də odur ki, ölkə faşizm və işğalçılıq duyğuları ilə o qədər zəhərlənib ki, cəmiyyət və siyasətçilər düşdükləri acınacaqlı vəziyyət, əllərindəki imkan və beynəlxalq maraqları düzgün qiymətləndirə bilmirlər. Dövlətlərin öz maraqları var. KTMT-nin əsas üzvü olan Rusiya da Azərbaycanın Cənubi Qafqazda və dünyada, qlobal siyasətdə və enerji bazarlarında artan rolunu, Ermənistandan daha önəmli ölkə olduğunu çox yaxşı dərk edir. Azərbaycan eyni zamanda türk dünyasının önəmli bir üzvüdür. Türkiyə ilə Azərbaycan birlikdə artıq dünyada qlobal geosiyasətə təsir göstərəcək bir gücdədir, biz gücləndikcə Türk Dövlətləri Təşkilatının da təsir gücü və əhəmiyyəti artır. Bölgədə erməni məsələsinin əsas hamisi sayılan Rusiya da belə bir geosiyasi vəziyyətdə Ermənistanın sərsəm və xəyalpərəst iddialarına görə Türkiyə ilə Azərbaycanı, TDT-ni qarşısına ala bilməyəcəyini dərk edir. Digər tərəfdən gedən proses onu göstərdi ki, Avropa dövlətləri də Türkiyə kimi çox güclü bir strateji müttəfiqi qarşılarına alıb Ermənistanı niyə dəstəkləməyəcəklər. Eyni zamanda Azərbaycanın Avropanın enerji bazarında da getdikcə rolu artır. Ermənistan isə zəifləyir. TDT üzvü olan qardaş ölkələrimiz də ən başdan Azərbaycanın bu məsələdə haqlı olduğunu, beynəlxalq hüquqa uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdiyini bilirlər. Ona görə təşkilatdan belə bir bəyanatın verilməsi gözlənilən idi. Bu, qısa şəkildə desək, Ermənistan siyasətinin iflasıdır. Hər yerdən əlləri üzülür, ona görə də Azərbaycanın haqlı tələblərini qəbul edib sülh müqaviləsi imzalamağa məcburdurlar".

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı dünən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz şəkildə talanması ilə bağlı bəyanat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 940   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021