Sürpriz gəlişmə: O ölkə də Azərbaycanın projesinə qoşulur
Almaniya kansleri Olaf Şolz paytaxt Berlində İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə görüşüb.
Görüşdən sonra ortaq mətbuat konfransı keçirilib.
Olaf Şolz Almaniya ilə İraq arasındakı ikitərəfli əlaqələri dərinləşdirmək üçün bir proqramı üzərində razılaşdıqlarını deyib: "İraqın yeni hökumətinin vəzifəyə gəlməsi ilə yeni səhifə açmaq fürsəti var. Sudan hökuməti xüsusilə iqtisadi islahatlara diqqət yetirir və Almaniya bunu dəstəkləyir.
Almaniya gələcək illərdə enerji tədarükünü təmin etmək üçün strateji qərarlar verib. Enerji sahəsində müxtəlif idxal imkanlarından istifadə etmək istəyirik. Əvvəlki dövrdən fərqli olaraq enerji sahəsində tək bir təchizatçıdan asılı olmaq istəmirik. İraq Almaniyanın neft-qaz idxalında bizi məmnun edəcək bir əməkdaşlıq ortağı ola bilər".
Məhəmməd Şia əs-Sudani isə ölkəsinin Almaniya ilə sıx əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirib: "İraq iqtisadiyyatının böyüməsi üçün bu sahədəki işləri şaxələndirmək istəyir. İraq neft və təbii qaz istehsalında əhəmiyyətli bir oyunçudur".
Baş nazir İraqda yeni liman inşa etdiklərini də diqqətə çatdırıb: "Təbii qazımız bu liman vasitəsilə Azərbaycandan başlayan və Türkiyə üzərindən keçən TANAP-a qoşulmaqla Avropaya nəql oluna bilər. Bunun üçün boru xətləri ilə dəmir yolu inşa edirik".
Qeyd edək ki, hazırda enerji qıtlığı yaşayan İtaliya Azərbaycandan tədarük etdiyi təbii qazın 16,4 milyard kubmetrini Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) birləşən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edir.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropada təbii qaz böhranı yaşanır. Problemin həlli üçün Avropa ölkələri yeni enerji mənbəyi və marşrut axtarışındadır. Bu hadisələrin fonunda TAP İtaliyaya 16,4 milyard kubmetr Azərbaycan təbii qazını nəql edib. Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP hazırda İtaliyanın ikinci mənbəyidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2268 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabr