Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib.
Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqlarını bildirib.
Haliloğlunun sözlərinə görə, uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezen Taşın öz istəyi və razılığı ilə onunla birlikdə Trabzona gəliblər:
"İki övladımın anası, 12 ilimi paylaşdığım keçmiş həyat yoldaşım Sezeni itirməyin ifadəolunmaz ağrısını və şokunu yaşayıram. Həqiqəti əks etdirməyən əsassız iddialar və vicdansızcasına aparılan kampaniyalar susmağımı mümkünsüz etdi.
Sezenlə evliliyimiz 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi və hüquqi qaydada sona çatıb. Uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezenin öz tələbi, razılığı və istəyi ilə mənimlə birlikdə Trabzona gəliblər. Özümü təmizə çıxarmaq naminə övladlarımın anasının xatirəsini incidəcək bircə kəlmə belə deməyəcəyəm".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 608 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də helikopter qəzası: Ölənlər var
ABŞ-nin Kaliforniya ştatında helikopter qəzası baş verib. xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb. Məlumata görə, noyabrın 24-də yerli vaxtla saat 09:30 radələrində "Robinson R22" markalı helikopter təpənin yamacına çırpılıb. Nəticədə helikopterin göyərtəsində ola
24 noyabrİranda işıqlar hər gün sönəcək
İrandakı elektrik stansiyalarında yanacaq təminatı ilə bağlı çətinliklər və artan enerji sərfiyyatı səbəbindən noyabrın son günlərindən etibarən planlı elektrik kəsintiləri tətbiq ediləcək. "Qafqazinfo"nun İran mediasına istinadən məlumatına görə, "Tawanir" Elektrik Paylama Şirkətini
24 noyabrMarin Le Pen III dünya müharibəsi ilə bağlı xəbərdar edib
Rusiya-Ukrayna münaqişəsinin tərəfləri onun nəticələrini dərk etməsələr, bu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Bunu Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada vəziyyətin yalnı
23 noyabrAyasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı
İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün
25 noyabr