Almaniya Polşanın qarşısına daş qoydu - "...icazəmiz olmadan Ukraynaya tank verə bilməz"
Almaniya hökuməti bəyan edib ki, əgər Polşa Almaniyanın razılığı olmadan Ukraynanı "Leopard" tankı ilə təmin edərsə, bu, qanunsuz olar.
Polşanın Ukraynaya birtərəfli qaydada "Leopard" tankı göndərəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab verən Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann deyib ki, bu, qanunsuz olardı: "Federal hökumətin icazəsi lazımdır. Qaydalar belədir".
Polşadan belə bir tələbin olmadığını vurğulayan Hoffmann, hazırda Ukraynaya dəstəklə bağlı davamlı fikir mübadiləsi apardıqlarını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Polşa prezidenti Anjey Duda yanvarın beynəlxalq koalisiyanın tərkib hissəsi olaraq, Ukraynaya "Leopard" tankları göndərə biləcəklərini deyib.
Almaniya "Leopard" tanklarının Ukraynaya çatdırılmasında mühüm rol oynayır. Çünki Almaniyadan silah alan ölkələrin bu silahları üçüncü ölkəyə ixrac etməsi üçün Berlin hökumətinin razılığı tələb olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1043 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabr