Maştağada ŞOK OLAY: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - TƏFƏRRÜAT

Maştağada ŞOK OLAY: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - TƏFƏRRÜATBakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə ittiham açıqlanıb.

Məlum olub ki, Abbas Mirzəyev cinayət işi üzrə zərərçəkmiş Nigar Mirzəyevanın həyat yoldaşı olub. Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Hadisə günü qayınatası Vaqif Seyidovun evinə gələn Abbas əvvəlcə Nigara çoxsaylı bıçaq xəsarətləri yetirib.

Daha sonra araya girən Vaqif də bıçaq xəsarəti alıb.

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham verilib.

Məlum olub ki, Abbasın həyat yoldaşı Nigar onun bibisi qızıdır. Nigar Abbasla 14 yaşında ailə qurub. Onun erkən nikaha girməsinə səbəb isə anası Sevda olub.

Həmin dövrdə ağır xəstəliyə tutulan Sevda Seyidova qızının ərə verməklə ölümündən əvvəl övladının ailə qurması arzusunu həyata keçirib.Q

ızını 14 yaşında ərə verən xəstə ana illər sonra şəfa tapıb. O, qızının ölümünə cəhd ittihamı üzrə məhkəmədə ifadə verən şahidlərdən biri olub.

Sevda ifadəsində bildirib ki, zəhərli zob xəstəliyindən əziyyət çəkib. Bu xəstəlikdən dünyasının dəyişəcəyini düşünən qadın qızının qardaşı oğlu ilə evlənməsinə razı olub: "Fikirləşdim ki, qardaşım oğludur. Mən ölərəm, o, qızıma yaxşı baxar. Bu evliliyə razı oldum. Ən böyük səhvim yetkinlik yaşına çatmayan qızımın ərə getməsinə razılıq verməyim idi. Azyaşlı çağında ər evinə getsə də, xoşbəxt olmadı. 16 yaşında ana oldu, 32 yaşında isə onu əri öldürmək istədi. Bu mənim üçün ağır dərddir. Bu hadisəyə görə özümü günahkar bilirəm. Bir ana kimi günahkaram".

Sevda ifadəsində qeyd edib ki, heç bir günahı olmayan qızını əri yola vermir. 14 yaşında gəlin olan qızına şər-böhtan atırlar.

Abbas Mirzəyev isə ifadəsində həyat toldaşının yolunu azdığını, başqası ilə münasibət saxladığını deyib. O, həmçinin övladının atasının başqası olduğunu da dilə gətirib.

Sevda isə Abbasın belə ifadə verməsi ilə yalan danışdığını deyib. O, qardaşı oğluna həqiqəti danışmağı tövsiyə edib: "Abbas, sən burda düzünü danış. Mən də səni bağışlayım".

Abbas israrla həyat yoldaşının xəyanəti ilə üzləşdirini bildirib.

Növbəti proses fevralın 3-də davam edəcək./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4889   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust