Yunanıstan Türkiyəni açıq şəkildə TƏHDİD ETDİ: "Darmadağın edəcəyik!"
Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağa davam edir.
Bu dəfə Yunanıstanın İnkişaf və İnvestisiyalar naziri Adonis Georgiadis Türkiyəni hədəf alıb və Ankaranı açıq şəkildə təhdid edib.
Georgiadis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana "Bir gecə qəfil gələ bilərik" xəbərdarlığına münasibət bildirib:
"Hər dəfə bu sözləri eşidəndə gülürük. Cənab Ərdoğana bildirmək istəyirəm ki, gecə, günorta və ya səhər gəlməyə cəsarət etsələr, "Rafale" və "Viper" Türkiyə Hərbi Hava Qüvvələrini darmadağın edəcək".
Yunan nazir "Sülh istəyirsənsə, döyüşə hazır ol" Roma atalar sözünə inandığını vurğulayıb:
"Mən Ərdoğana deyirəm ki, Yunanıstanla qarışa bilməzsən. Mitsotakis gəlib Silahlı Qüvvələri gücləndirdi. Torpedalar aldıq, freqatlar sifariş etdik, Fransa və ABŞ ilə ittifaq bağladıq".
Qeyd edək ki, 2022-ci il Yunanıstan üçün silahlanma ili olub. Bir çox silah sövdələşməsinə imza atan Afina rəhbərliyi bir tərəfdən açıqlamaları ilə Türkiyəni hədəf alır, digər tərəfdən isə hərbi texnikalara milyardlarla dollar xərcləyir.
Yunanıstan silahlanmaya 2019-cu ildə 500 milyon, 2020-ci ildə 530 milyon, 2021-ci ildə 2,52 milyard avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 3,37 milyard avroya çatıb.
Afina administrasiyası 2019-cu ilin iyul ayından bəri 172 silahlanma proqramı üçün 14,4 milyard avro dəyərində müqavilə imzalandığını açıqlayıb./Musavat
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2601 Tarix: 29 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabr