"Njde" Moskvada oynaya bilmədi: bomba həyəcanı...
Bu gün axşam saatlarında "Njdeh" erməni rəqs qrupunun Moskvada keçirməyi nəzərdə tutduğu konsert öncəsi insident yaşanıb.
Konsertin keçirilməli olduğu "İzmailovo" konsert zalının işçiləri və qonaqlar bomba təhlükəsi səbəbindən təxliyə edilib.
TASS-sın yaydığı məlumata görə, hazırda əməliyyat xidmətlərinin ekspertləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada "Oxotnıy Ryad" da daxil olmaqla, 10-a yaxın ticarət mərkəzini mina məlumatına görə yoxlayırlar.
"Hazırda bomba təhlükəsi ilə bağlı anonim xəbərlər daxil olduqdan sonra Moskvanın müxtəlif rayonlarında, o cümlədən paytaxtın mərkəzindəki Oxotnıy Ryadda təxminən on ticarət mərkəzində partlayıcı əşyaların və partlayıcı maddələrin olub-olmaması yoxlanılır", - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, alman faşistlərinin cərgəsində döyüşən və əsirlərin amansızlıqla qətlə yetirilməsində xüsusi fərqlənən Qaregin Njdeni ermənilər qəhrəmana çevirməkdə davam edirlər. Rusları qətlə yetirən, faşizmə xidmət edən Njdenin adını daşıyan bir qrupun Moskvada konsert verməsinə qarşı rusiyalı ekspertlər də etirazlar etmişdilər./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1424 Tarix: 29 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrBəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabr