İran Cənubi Azərbaycanda zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini qəbul etməyib
İranın "Qırmızı Aypara Cəmiyyəti" Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin "Qırmızı Aypara Cəmiyyəti"nin təklifini qəbul etməyib.
Sonxeber.az xəbər verir ki, bu barədə report-a Türkiyənin "Qırmızı Aypara Cəmiyyəti"ndən bildirilib.
Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.
"Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir" - məlumatda bildirilib
Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.
Zəlzələdən zərər çəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1432 Tarix: 31 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabr