Bakı, İrəvan, Tiflis AB modelində birlik qursun!
Sonxeber.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Türkiyə və Ermənistan arasında hansısa razılaşmaların olması barədə Paşinyanın dediklərinə inanmaq olarmı?
- Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhəd-keçid məntəqəsinin açılması barədə danışıqlar gedir, bu məqsədlə işçi qrup yaradılıb və ictimaiyyətə də danışıqlar prosesinə ziyan vurmayacaq həddə müəyyən informasiyalar verilir.
- Əgər doğrudan da ortada razılaşmalar varsa, niyə bunu Türkiyə tərəfi yox, məhz Paşinyan açıqlayır?
- Diplomatiyada qəbul olunmuş bir ənənədir ki, danışıqların nəticələrinin hansı tərəfin xalqında daha çox qıcıq yaratma ehtimalı varsa, həmin tərəf beynəlxalq birliyə bu barədə məlumat versin.
- Azərbaycan Respublikası Prezidentinin Ermənistanla sərhəddə gömrük-keçid məntəqələrinin yaradılması barədə təklifinə münasibətiniz necədir?
- Çox yaxşı. Xalqımızın istədiyi də budur. Ermənistan razı olmasa da, bunu etmək lazımdır.
- Ermənistan razı olmasa, onu necə yola gətirmək olar? Bəlkə hansısa qeyri-adi cəlbedici təşəbbüslər Ermənistanı inadından döndərər...
- Çox istərdim Azərbaycan Ermənistana və Gürcüstana təklif etsin ki, Avropa İttifaqı modelində bir birlik quraq. Bu, Cənubi Qafqazda yeni münaqişə və qarşıdurmaları aradan qaldırar. Biz övladlarımıza, gələcək nəsillərə daha təhlükəsiz və firavan həyat təmin edə bilərik. 1870-1945-ci illərdə Almaniya və Fransa arasında 3 dağıdıcı müharibə olmuşdu. 1951-ci ildə Fransa və Almaniyanın liderliyi ilə Avropa Birliyinin əsası sayılan "Avropa Kömür və Polad İttifaqı" iqtisadi maraqlardan daha çox, gələcək müharibələri önləmək, təhlükəsizlik məqsədilə yaradılmışdı. Biz də Ermənistanla belə bir birliyə nail olsaq, onda nə dəhlizlərə, nə sərhəd-keçid məntəqələrinə ehtiyac qalacaq. İqtisadi, humanitar, mədəni əlaqələr yaranacaq, malların sərbəst dövriyyəsi, azad gediş-gəliş olacaq. Buna nail olsaq, bölgə çiçəklənər, təhlükəsizlik təmin olunar. Bizim qardaş Türkiyə ilə də gediş-gəlişimiz, əlaqələrimiz xeyli asanlaşar. Hesab edirəm ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edərsə, sivil dünya da bizi alqışlayar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil